Əsas Səhifə > Cəmiyyət, Manşet > Biləsuvarın yeni icra başçısı kim olacaq?
Biləsuvarın yeni icra başçısı kim olacaq?29-05-2018, 11:38 |
DİA.AZ: - Prezident seçkilərindən sonra bir neçə rayonun rəhbərliyində dəyişikliyin olacağı əvvəlindən deyilirdi. Artıq proses başlayıb. Bir neçə gün əvvəl Binəqədinin icra başçısı yola salındı. Doğrudur, hələlik Xaləddin İsgəndərovun yerinə təyinay olmasa da, prosesin davam edəcəyi deyilir. Elə yaydığımız xəbərlərdə konkret olaraq Bakının 4 rayonunda da icra başçılarının dəyişdiriləcəyi qeyd olunurdu. DİA.AZ-a verilən son xəbərlərə görə, adı böyük yeyintidə hallanan Biləsuvar rayon İH başçısı Mahir Quliyev də "vurulacaqlar" sırasındadır. Mənbənin dia-az.life-a söylədikləri: "Mahir Quliyevin yerinə gənc kadr təyin oluna bilər. Hazırda bu barədə müəyyən hərəkətlənmələr var. Mahir Quliyevə gəlincə isə onun təkrarən yeni posta təyin edilməsi gözlənilən deyil. Əksinə, onun barəsində hüquqi araşdırma da başlaya bilər. Söhbət rayonda yol çəkilişi zamanı büdcə pullarının mənimsənilməsindən gedir. Bu məlumat bir neçə vaxt əvvəl mətbuatda yayıldı, ölkədə böyük rezonans yaratdı". Mənbə bildirir ki, məhz bu səbəbdən adı "yuxarıların" "qara siyahısı"na düşən Mahir Quliyevin həbsini belə bəri başdan anons etmək olar. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |