Əsas Səhifə > Cəmiyyət, Manşet > GDU-nu da o idarə edir...

GDU-nu da o idarə edir...


1-06-2018, 10:45
GDU-nu da o idarə edir...
DİA.AZ: - Keçən günlərdə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları adından təhsil naziri Ceyhun Bayramova ünvanlanmış şikayət məktubunu təqdim etmişdik. Müraciət müəllifləri nazirdən kafedra müdiri Əliqulu Quliyevlə bağlı ölçü götürmələrini xahiş edirdilər. Amma görünəni odur ki, narazılar ünvanı səhv seçiblər. Çünki DİA.AZ-a verilən son məlumatlarda iddia olunur ki, GDU-ya nəzarət Təhsil Nazirliyində yox, Gəncə şəhər İcra Hakimiyyətindədir. Daha doğrusu, GDU-nu Gəncənin icra başçısı Elmar Vəliyev yönəldir.

Bu barədə DİA.AZ-a yazan mənbə bildirir ki, ona görə də barəsində məlumatlar açıqlanan Əliqulu Quliyev yenidən kafedra müdiri seçilməsi üçün təhsil nazirliyinə yox, üz tutub Gəncə icra hakimiyyətinə - Elmar Vəliyevin qəbuluna.

Mənbə yazır: "İki gündür Əliqulu Quliyev Elmar Vəliyevin qəbuluna gedir, çünki bu 82 yaşında kafedra müdiri olmaq istəyir. Yusif müəllim ona deyib ki, gənclər seçilməlidir bu işə. Sizin yaşınız çoxdur. İndi Elmar Vəliyevin vasitəsi ilə rektora təzyiq göstərmək istəyir. Rektor da bundan qorxur".

dia-az.life xatırladır ki, GDU-nun və ümumiyyətlə, Gəncədəki digər ali təhsil ocaqlarının da yönəldilməsi uğrunda hələ TN ilə Gəncə ŞİH arasında rəqabət Mikayıl Cabbarovun vaxtından gedir. İndi isə görünəni odur ki, yeni təhsil naziri də Elmar Vəliyevin təhsil sisteminə müdaxiləsini əngəlləyə bilməyib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt