Əsas Səhifə > Cəmiyyət, Manşet > "Quska işi"ndə İLGİNC GƏLİŞMƏ
"Quska işi"ndə İLGİNC GƏLİŞMƏ12-06-2018, 12:03 |
DİA.AZ: - Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin bəzi məmurlarla təmaslarının onun Avropada olaraq Azərbaycan hakimiyyətinə və Azərbaycan dövlətinə qarşı əxlaqsız kampaniya apardığı dövrdə də davam etdirilməsi məsələsi dəfələrlə yerli mətbuatın müzakirə predmetinə çevrilib. Elə DİA.AZ-a daxil olan informasiyalardan da anlaşılanı odur ki, Hüseyn Badullayev yaxşı münasibətdə olduğu şəxslərin adlarını könüllü olaraq istintaqla paylaşıb. Mənbənin dia-az.life-a bildirdikləri: "Sadəcə olaraq ela adlar çəkilir ki, bununla bağlı mütləqşəkildə siyasi qərarın verilməsi lazımdır. Məsələn hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılovun "Quska" ilə dostluq münasibətlərinin olduğu faktdır və əlaqələri Hüseyn Abdullayevin Avropadakı dövründə də davam edib. Eyni zamanda bu təmaslar boyunca FHN şefi Kəmaləddin Heydərovla da müəyyən əlaqələrin qurulduğu iddia olunur". Mənbə bildirir ki, Hüseyn Abdullayev böyük biznesmen kimi zamanında Kəmaləddin Heydərovla yaxşı münasibətlərdə olub: "İndi bu barədə də danışılır. Sadəcə olaraq qaraşdırma aparılması üçün mütləq şəkildə siyasi qərar verilməlidir. Elə Süleyman Mikayılovu dindirsələr, daha iri fiqurlara qədər gedib çıxa bilərlər. Çünki "Quska"dan fərqli olaraq Qaradağın icra başçısı daha tez yolagələndir". İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |