Əsas Səhifə > Cəmiyyət, Manşet > Qubadlının icra başçısı da narazılıq yaradır

Qubadlının icra başçısı da narazılıq yaradır


22-06-2018, 11:26
Qubadlının icra başçısı da narazılıq yaradır
DİA.AZ: - Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov əslən elə bu rayondandır. Amma nə fayda... Bunu DİA.AZ-a yazan Qubadlı sakinləri bildirir. Onlar deyirlər ki, icra başçısını lap elə Mozambikdən gətirsinlər, amma camaatın halına yansın.

dia-az.life-a yazan Sumqayıtdakı 11-ci və 12-ci mikrorayonda və Dəmiryolu vağzalının ətrafında məskunlaşan Qubadlıdan olan məcburi köçkünlər bildirir ki, RİH rəhbərliyi onların durumu ilə maraqlanmır: "Ara-sıra hesabat xətrinə başının guya ki, görüşü olur. Görüşə camaatı buraxmırlar. Elə öz adamları zalı doldurur. Danışırlar, sonra da dağılışırlar. Daha qaçqından soruşan yoxdur ki, hansı problemin var.

Ümumiyyətlə, Malik İsaqov nə işlə məşğuldur? Bizi də maraqlandırır. Heç bir fəaliyyəti yoxdur, yalandan özü haqqında işgüzar obrazı yaradır, əslində isə rayona ayrılan pullar hesabına özünə biznes qurmaqla məşğuldur.

Biz dia-az.life vasitəsilə cənab prezidentə müraciət edirik. Malik İsaqovun fəaliyyəti araşdırılsın. Bu adam ancaq maklerlik edir. Qaçqınkomun işini də arada öz adına çıxır. Bir hesabat versin, görək nə edib. Camaatı bu şəkildə ələ salmaq olmaz. Başqa qaçqın rayonların icra başçılarının fəaliyyəti görünsə də, Malik İsaqovun fəaliyyəti nədir, özü belə görünmür.

Xahiş edirik ki, bizimlə maraqlanmayan başçını, işi-gücü öz biznesini inkişaf etdirmək olan Malik İsaqovu bir camaata can yandıracaq şəxslə əvəzləsinlər".

dia-az.life bildirir ki, müraciət müəllifləri icra başçısına qarşı ağır ifadələrin yer aldığı ittihamları da səsləndiriblər. Amma həmin yazılanları təqdim edə bilmədik. Həm etik baxımdan uyğun olmadığından, həm də əldə sübutların olmaması səbəbindən. Şikayəti isə çatdırdır. Qarşı tərəflə əlaqə cəhdlərimiz baş tutmadı. Amma yenə də hörmətli Malik müəllimi dinləməyə hazırıq.

dia-az.life xatırladır ki, Malik Xizir oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsilini başa vurub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə elə həmin zavodun direktoru olub.
2001-ci ildən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Geri qayıt