Əsas Səhifə > Cəmiyyət, Manşet > Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər

Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər


28-06-2018, 11:26
Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər
DİA.AZ: - Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı yaxın günlərdə qərar verilə bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Qaraşovun Bakıya - Hacıbala Abutalıbovun yerinə mer təyin olunacağı haqda informasiyalar yayılmışdı. Amma sonradan DİA.AZ-a məlumatla bağlı açıqlamasını yollayan sözügedən RİH sözçüsü yayılmış xəbəri təkzib etdi.

DİA.AZ-a son olaraq daxil olan informasiyalardan isə aydın olur ki, Taleh Qaraşov həqiqətən də Lənkəranda çox oturmayacaq. Mənbənin dedikləri:

"Yaxın vaxtlarda qərar rəsmən elan olunacaq. Lənkərana yeni başçı gətirilir. Taleh Qaraşov isə mütləq yeni təyinatla mükafatlandırılacaq. Onun hansı posta təyin olunacağı dəqiqləşdirilir".

Geri qayıt