Əsas Səhifə > Cəmiyyət, Manşet > İki nazirin dövrü araşdırılır: Nazir müavini həbs oluna bilər
İki nazirin dövrü araşdırılır: Nazir müavini həbs oluna bilər29-06-2018, 10:52 |
DİA.AZ: - Səlim Müslümovun Əmək və Əhalinin Sosal Müdafiəsi Naziri postundan çıxarılmasından sonra ona qarşı ağır ittihamlar yerli KİV-lərdə bir-birinin ardından düzülməyə başladı. Bu ittihamlar içində daha çox nəzərləri cəlb edəni 2 milyard manatlıq yeyinti ilə bağlı idi ki, artıq bu yöndə müəyyən hərəkətlənmələr var. Bu barədə DİA.AZ-a məlumat verən hüquq-mühafizə orqanlarındakı mənbə iddia edir ki, ƏƏSMN ilə bağlı hüquqi araşdırmalara hər an start verilə bilər: "Artıq ilkin addımlar atılır, prosedur hərəkətlər həyata keçirilir. Belə bir təlimat verilib. Sadəcə olaraq tək qalanı "yuxarıların" "başlayın" əmrini verməsidir". Mənbə iddia edir ki, həm sabiq nazir Füzuli Ələkbərovun və həm də Səlim Müslümovun dövründə sosial müdafiə sisteminə ayrılan vəsaitlərin xərclənməsi işi artıq maliyyə nazirliyinin ehspertləri tərəfindən təhlil edilib, sənədlər toplanıb: "Bununla bağlı müəyyən işlər görülüb. Əsas olaraq hədəfə gələnlər təkcə sabiq nazirlər deyil, eyni zamanda hazırda da vəzifə başında olan, nazir müavini postunu tutan İlqar Rəhimov da nazirlərlə yanaşı cavabdehlər sırasındadır". Mənbə dia-az.life-a əlavə olaraq bildirib ki, əgər siyasi iradə olarsa, ölkədə böyük rezonansa nədən olacaq total həbslər gözlənilir: "Bu əsnada qolları qandallananların kifayət qədər sırası geniş olacaq. Qeyd etdiyimiz kimi, İlqar Rəhimov hər üç nazirlə işləmiş "açar isim" olaraq baş məsullardan biridir". dia-az.life olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |