Əsas Səhifə > Cəmiyyət, Manşet > Səlim Müslümovdan qalan zülməti dağıda bilməyib...

Səlim Müslümovdan qalan zülməti dağıda bilməyib...


6-07-2018, 11:00
Səlim Müslümovdan qalan zülməti dağıda bilməyib...
Az əvvəl mətbuatda Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında qəribə hadisənin baş verməsi ilə bağlı məlumat yayılmışdır.

Həmin məlumatlarda pansionatda müəlicə alan Laçın rayonundan məcburi köçkün I-ci qrup ömürlük əlilin müalicə idmanını zamanı ayağının qırıldığı bildirilirdi. O da bildirilirdi ki, müalicə pansionatının direktoru Pərvanə (Əsədova)Hacıyeva baş vermiş olayı hər vəchlə ört-bastır etməyə çalışır. Direktor ondan qorxurmuş ki, baş vermiş hadisədən nazir xəbər tutmasın. Məhz buna görə də Pərvanə xanım vaxtını daha çox xəstənin yanında keçirirmiş.

Hər dəfə pansionatdakı özbaşınalıqlardan və qanunsuzluqlardan yazan KİV-də belə bir sual qoyulur ki, görəsən Füzuli Ələkbərovdan və Səlim Müslümovdan fərqli olaraq Sahil Babayev birbaşa üzərinə düşən vəzifəni icra edərək bu sahədə ortaya çıxan sosial təminatı və ədaləti bərpa edə biləcəkmi? Nazirin reaksiyası hələ ki, ləngiyir. Sualların sırası isə artmaqdadır. Bir neçə sual daha bizim qələmə aldığımız bu məqalədən doğacaq.

Sonolay.info xəbər verir ki, iyulun ilk günlərində məlum səbəbdən ölkədə yaranan enerji böhranı hökumət strukturlarında bir çox naqislikləri ortaya çıxardı. Bu sırada əhəmiyyətli müəssisələrdə, vacib obyektlərdə fors-major halları üçün nəzərdə tutulan elektrik generatorlarının işləməməsi də vardır. Ekstremal vəziyyətdə Şağan “Müalicə Pansionatı”ndakı generator da işə salınmayıb. Avtonom şəkildə yanacaqla işləyən həmin generator isə 40 min manata alınaraq pansionatın balansına hələ sabiq direktor Əbülfət Qasımovun rəhbərliyi dövründə salınıb.

Pərvanə Hacıyeva(Əsədova) vaxtında isə bu cihazı istismardan çıxarıb. Beləliklə, pansionun ahıl yaşlı, əlil sakinləri elektrik təchizatının kəsildiyi həmin günlərdə işıqsız qalıblar. Soyuducu və kondisionerlər dayanıb, istidən əziyyət çəkiblər. Pansionun təminat xərclərində isə ayrıca maddə ilə 1000-1500 manat həcmində yanacaq pulu ayrılır. Pərvanə Hacıyeva pansionatda haram gəlirlərini formalaşdıran bir mənbə də müəssisənin öz profili üzrə xidmət etməli olduğu kateqoriyaya aid olmayan kənar şəxslərə göstərilən ambulator müalicə xidmətləridir. Belə kənar şəxslərə iki, bəzən də üç həftə müddətinə ayrılan əlahiddə komfortlu otağın günlük qiyməti isə 30 manatdır ki, bu da xanım direktorun cibinə axır. Bu, çox ciddi, hüquq müstəvisində araşdırılması gərəkən korruptiv qanun pozuntusudur.

Geri qayıt