Əsas Səhifə > Cəmiyyət, Manşet > Elmar Vəliyev ən böyük xəsarəti yıxılanda alıb

Elmar Vəliyev ən böyük xəsarəti yıxılanda alıb


10-07-2018, 11:59
Elmar Vəliyev ən böyük xəsarəti yıxılanda alıb
Gununsesi.info Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi olayının necə baş verməsini dəqiqləşdirib.

Hadisə şahidlərinin saytımıza verdiyi bilgiyə görə, olay icra hakimiyyətinin inzibati binası yaxınlığında baş verib.

Belə ki, binadan çıxan E.Vəliyevə yaxınlaşan Yunus Səfərov ona səslənərək sözünün olduğunu deyib. Ətrafdakı polislər buna mane olmaq istəsələr də icra başçısı Yunusu gözləyib və onu dinləmək istəyib. Bir qolu gipsdə olan Yunus Səfərov icra başçısına yaxınlaşanda söyüş söyərək, həmin əlində gizlətdiyi tapança ilə atəş açıb. İlk gülə polis əməkdaşı Qasım Aşbazova dəyib. 3 -cü güllədən yaralanan Elmar Vəliyev qaçmağa çalışıb. Bu zaman pilləkənlərdən yıxılan icra başçısı başından ciddi xəsarət alıb. Şahidin sözlərinə görə, başı ciddi şəkildə xəsarət alan Elmar Vəliyev elə oradaca huşunu itirib.

Geri qayıt