Əsas Səhifə > Cəmiyyət, Manşet > "Ölən uşağa belə saxta sənəd verilməsi “German Hospital”ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir"
"Ölən uşağa belə saxta sənəd verilməsi “German Hospital”ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir"17-08-2018, 10:52 |
30 iyul 2018-cil il tarixində Bakıda yerləşən “German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb. Bu barədə şikayət edən valideyn Yusif Sadiyev Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər. “Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur. Qeyd edim ki, nə analizin nəticəsi, nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud “German”da davam etməsinin bir fərqi yoxdur. Biz müalicənin “German”da davam edilməsini istədik. Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər. “Bu da o deməkdir ki, 3 gün sonra ölən uşağa ölü doğulub yazılması və bunu texniki səhv olduğunu qeyd etmələri artıq bizdə klinikanın fəaliyyəti haqqında böyük suallar yaradır. Digər bir tərəfdən isə vəziyyəti ağır olan uşağın, daha doğrusu ölümcül vəziyyət saldıqları uşağın da müalicəsindən boyun qaçırmaları və bunun mütləq OMD-də davam etməli olduğunu israrla qeyd etmələri, ölən uşağa belə saxta sənəd verilməsi “German Hospital”ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir. Olan bu hadisələrdən sonra hələ bir bizi təhdid edərək köçürülməyə razı olmadığınız halda “uşaqdan imtina edirsiniz” demələri çox ağır bir mənəvi zərbədir. Və qeyd edirlər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini “bizdə lazımi şərait yoxdur” deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir”. Məsələ ilə bağlı “German Hospital”la da əlaqə saxladıq. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini qeyd ediblər. Geri qayıt |