Əsas Səhifə > Cəmiyyət, Manşet > Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ
Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ20-08-2018, 11:44 |
Bir neçə il əvvələ qədər söz-söhbət dolaşırdı ki, Xırdalan qəbiristanlığını köçürməyə hazırlaşırlar. Bunu Bakının yüklənməsi ilə izah edirdilər. Həqiqətən də belədir, şəhərdən Sumqayıt istiqamətinə yolun genişlənməsi də kar eləmədi. Üstəlik, Xırdalan məzarlığı getdikcə sıxlaşır, darısqallaşır. Bunun AzEuroNews.com-a reportaj hazırlayarkən şahid olmuşuq. Məzarlığa yaxınlarını ziyarətə gələnlər maşınla çiyin-çiyinə keçirlər, az qala sürtünsünlər. Çünki məzarlıqda boş torpaq qalmayıb və hamısı vətəndaşlar tərəfindən alınaraq hasarlanıb. Ona görə Xırdalan qəbiristanlığına ölüsünü dəfn etməyə gələnlər olanda daha böyük tıxac yaranır. Amma hələlik rəsmi səviyyədə hər hansı plan nəzərdə tutulmayıb ki, məzarlıq köçürülsün. Sadəcə, xristian məzarlığı köhnəlir, hətta itən qəbir yerlərində müsəlmanlar dəfn olunurlar. Diqqət çəkən bir nüans isə məzarlıqla tikilən həyət evlərinin az qala bitişik olmasıdır. Getdikcə evlərin qapısı az qala qəbiristanlığa açılacaq. Bu da gələcəkdə sıxlıq yaradacaq və boş yer qalmayacaq. Onu da demək lazımdır ki, Xırdalan qəbiristanlığı “Zigilpiri” palçıq vulkanının üzərində yerləşir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, həmin vulkan nisbətən sönüb, aktiv deyil.A.Əliyev qeyd edib ki, qəbiristanlıqda qəbirlərin sementlənməsi ərazidə vulkan püskürməsinin də qarşısını alır: “Həmin vulkanın püskürəcəyini güman etmirəm. A.Əliyev bildirib ki, istənilən vulkanın yaxınlığında ev və digər tikililər olmamalıdır. Onun sözlərinə görə, vulkan püskürdükdə xəsarət faktının olmamasından ötrü tikililər ondan ən azı 1-1,5 km aralı olmalıdır. Amma Xırdalan qəbiristanlığına bitişik evlər getdikcə çoxalır. Bu, vulkan üstündə yerləşən məzarlığa yaxın evlərə həm təhlükədir, həm də ciddi sıxlıq, tıxac yaradır. Qeyd edək ki, bu ərazi Binəqədi rayonuna aiddir. Deməli, məzar yerlərinin satışına icazəni də, evlərin tikintisinə razılığı da yerli İcra Hakimiyyəti orqanı şərait yaradır. Əvvəllər burda məzar yeri 1500 manata qədər idi, indi çox güman ki, qiymətlər qalxıb. Bir müddət əvvəl isə əfqan şəhidlərinin məzarı baxımsızlıqdan dağılmışdı. Rəhbərlik bunu küləkli hava ilə əlaqləndirmişdi. İnanan o məzar daşına dönsün… Geri qayıt |