Əsas Səhifə > Cəmiyyət, Manşet > Necə oldu ki, Sahil Babayev Mətin Kərimlidən asılı vəziyyətə düşdü?
Necə oldu ki, Sahil Babayev Mətin Kərimlidən asılı vəziyyətə düşdü?10-09-2018, 12:18 |
Avqustun 31-də Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib. (https://www.cabmin.gov.az/page/post/406) Mətbuat xidmətinin yaydığı məlumatları oxuyarkən ilk baxşıdan hökumətin adi bir iclasının keçirildiyi qənaətinə gəlirsən. Lakin iclasda iştirak etmiş şəxslərdən aldığımız məlumata əsasən, Nazirlər Kabinetinin həmin toplantısında nisbi gərginlik müşahidə olunub. Belə ki, əldə etdiyimiz məlumata görə, ölkə əhalisinin sosial və əmək ödənişlərinə, eyni zamanda əmək bazarındakı vəziyyətə həsr olunmuş iclasda sözügedən sahədəki mövcud durum müzakirə edilib. Daha doğrusu, toplantıda sözügedən sahədəki bərbad vəziyyət tənqid edilib və bu durumdan çıxmanın yollarına dair ciddi və gərgin müzakirələr aparılıb. Məlumatlı mənbə PİA.az-a bildirib ki, Səlim Müslimovun bərbad günə saldğı əmək və sosial müdafiə sahəsində azacıq da olsa irəliləyişin qeydə alınmadığı, müsbət nəticələrin əldə olunmadığı, əksinə əhali arasında narazılıqların daha da artdığı bildirilərək yeni nazir Sahib Babayevə ciddi iradlar bildirilib. Əldə etdiyimiz məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri həmin iradları daha öncə Prezident Administrasiyasından eşidib. Mənbəmizin iddiasına görə, Sahil Babayev Prezident Administrasiyasında danlanılıb. Daha sonra isə məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Qeyd edək ki, yeni Nazirlər Kabineti aprel ayında prezident tərəfindən təsdiq olunandan sonra ən çox “təmizləmə” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılıb. Sahənin adamı olmayan, ixtisasca hüquqşünas Sahib Babayevin son tənqidlərdən nəticə çıxarmaq üçün köhnə komandadakı peşəkarları işə qaytarmaq fikrində olduğu bildirilir. Bu işdə o, müavini Mətin Kərimliyə böyük ümidlər bəsləyir. Çünki Mətin Kərimli Səlim Müslimovun zamanından müavin postunu tutur və köhnə komandadakı peşəkarları yaxşı tanıyır. Qeyd edək ki, Mətin Kərimov kənd təsərrüfatı naziri İnam Kərimovun qardaşıdır. Eyni zamanda, Sahil Bababyev İnam Kərimovun tələbə yoldaşıdır. Xatırladaq ki, Mətin Kərimli 2016-cı ilin mart ayında Səlim Müslümovun böyük “islahatı” kimi dəyərləndirilən ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sisteminin “xaç atası” kimi tanınr və sonradan bu sistem uğursuzluğu ilə Səlin Müslümovun əsas problemlərindən birinə çevrildi. VEMTAS sustemi sosial müdafiə və təminat sahəsində korrupsiyanın aradan qaldırılması üçün nəzərdə tutulsa da, sistemə olan müdaxilələr nəticəsində sosial sahədə vəziyyət daha da pisləşdi və korrupsiya daha da böyüdü. İddialara görə, son proseslərdən sonra, yəni Sahil Babayevin Prezident Adminstrasiyasında və Nazirlər Kabinetində tənqidə məruz qalmasından sonra Mətin Kərimlinin nazirlikdəki mövqeləri daha da güclənib və indi onun nazir olmaq arzularının reallaşdırılması üçün daha əlverişli şərait yaranıb. İddilara görə, Mətin Kərimli zamanla bu arzusuna çatacağını da artıq büruzə verməyə başlayıb. Mənbəmizin iddiasına görə, sosial iş sahəsinə naşı olan Sahib Babayevin ağır duruma düşməsində Mətin Kərimlinin də “xüsusi xidmətləri” var. Bu sahəni yaxşı bilən Mətin Kərimli yeni rəhbərliyə demək olar ki, işinin öhdəsindən gəlməkdə heç bir yardım etməyib. Halbuki Səlim Müslimovun dövründə yükün əhəmiyyətli hissəsi onun çiynində olub. Bəs görəsən, bundan sonra vəziyyəti düzəltməkdən ötrü Mətin Kərimli əlini daşın altına qoyacaqmı? Bunu zaman göstərəcək... Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq... Geri qayıt |