Əsas Səhifə > Cəmiyyət, Manşet > Putindən Bakıya daha bir jest: Azərbaycana pul "atan" yaxalandı
Putindən Bakıya daha bir jest: Azərbaycana pul "atan" yaxalandı18-09-2018, 11:53 |
"Nikoil Bank"ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi. Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank"dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub. *** Azərbaycanın banklarından birindən on milyonlarla manat mənimsəməkdə ittiham olunan bankir Moskvada həbs edilib. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri , 60 yaşlı Vasili Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində saxlanılıb. O, Omsk vilayətinin sakinidir və həm Rusiyada federal axtarışda idi, həm də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə ittiham olunan bankirin barəsində həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır. Lakin Xamaza Rusiya vətəndaşıdır və onun bu ölkədə mühakimə ediləcəyi istisna deyil. Vasili Xamaza “Nikoil Bank”a 2005-2017-ci illərdə başçılıq edib. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları 2017-ci ildə cinayət işi qaldırıb. Xamaza banka məxsus 20 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Lakin KİV-lər mənimsəmənin həcminin daha böyük ola biləcəyi haqda yazıb. Geri qayıt |