Əsas Səhifə > Cəmiyyət, Manşet > Molla rejimi hətta AZƏRBAYCAN sözünü də həzm edə bilmir...
Molla rejimi hətta AZƏRBAYCAN sözünü də həzm edə bilmir...28-09-2018, 13:04 |
Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami 1 il azadlıqdan məhrum edilib. Axar.az xəbər verir ki, iyul ayında Babək qalasına yürüş ərəfəsində saxlanılan fəala qarşı ittihamlar arasında Parsabad şəhərinin bölücü və pantürkist qüvvələrindən olması, bölücülük fəaliyyəti, hazırladığı materialları internetdə yayması və həmçinin “Güney Azərbaycan” terminindən istifadə etməsi göstərilib. Fəalın işinə baxan hakim işin bağlanması üçün müttəhimdən fəaliyyətini dayandırmasını və İran lehinə məqalələr yazmasını istəyib. Qeyd edək ki, “Araz” adı ilə tanınan K.İslami Azərbaycan tarixi və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O, bundan öncə də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Geri qayıt |