Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı Nəqliyyat Agentliyindən 50 milyonluq MÜƏMMA
Bakı Nəqliyyat Agentliyindən 50 milyonluq MÜƏMMA20-11-2018, 12:01 |
Gundeminfo.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi yeni avtobusları Türkiyənin məhşur “BMC Otomotiv ve Sanayi Ticaret A.Ş.” şirkətindən alacaq. Avtobusların modeli BMC Procity olacağı güman edilir. Gundeminfo.az yazır ki, avtobuslarla bağlı olaraq satınalma lotlarında elan edilən rəqəmlərdə ciddi şəkildə fərqlər ortaya çıxıb. Belə ki, ayrılacaq vəsaitlərlə alınacaq avtobuslar üçün sərf ediləcək vəsait arasında böyük fərqlər yaranır. Bu isə ortada yeyinti ehtimalının və ya milyonlarla manat vəsaitin taleyinin müəmmalı olaraq qalacağını deməyə əsaslar yaradır. Çünki şirkətin öz rəsmi saytında həmin model avtobuslar iki kateqoriyaya bölünür. - Kondisonersiz olan modelin qiyməti : 300.000 azn - Kondisonerli olan modelin qiyməti: 325.800 azn Bakı Nəqliyyat Agentliyi BMC şirkətinə 300 avtobus üçün 142 milyon manat ödəcəyi bildirilir. Adi riyazi hesablama aparsaq görərik ki, kondisionersiz olan 300 avtobus almaq üçün 90 milyon manat kifayət edir. Və ya 325 min 800 manatdan kondisionerli olan 300 avtobus almaq üçün 97 milyon 740 min manat vəsait lazımdır. Bəs o zaman sual yaranır, əgər 300 konsionersiz avtobus alınacaqsa 142 milyon manatdan qalan (142 000 000 - 90 000 000 = 52 000 000) qalan 52 milyon manat hara xərclənəcək? Və ya 300 ədəd kondisionerli avtob almaq üçün 97 milyon 740 min manat vəsait sərf ediləcəksə, o zaman (142 000 000 - 97 740 000 = 44 milyon 260 min) 44 milyon 260 min manat hara sərf ediləcək? Mövzu ilə bağlı olaraq qarşı tərəfin də rəsmi mövqeyini yayımlamağa hazırıq. Geri qayıt |