Əsas Səhifə > Cəmiyyət, Manşet > Mingəçevir sevdasından vaz keçməyib...
Mingəçevir sevdasından vaz keçməyib...21-11-2018, 11:41 |
DİA.AZ: - Hələ xeyli əvvəlindən belə bir informasiya yayılmışdı ki, haırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş millət vəkili Əhəd Abıyev bu gün də təyinat olmayan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı postuna iddialıdır. Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatdan isə aydın olur ki, Əhəd Abıyev yenə də əvvəlki iddiasındadır. Mənbənin dia-az.life-a söylədikləri: "Daşkəsənə getməzdən öncə Əhəd müəllim Bakı rayonlarından birinə təyinat almaq istəyirdi. Amma nail ola bilmədi. Ona himayədarları belə bir vəd vermişdi ki, 1-2 ildən sonra Bakı rayonlarından birinə gətiriləcək. Amma bu baş vermədi. İndi də Daşkəsəndə özünü narahat hiss edən Abıyev Mingəçevirə gəlmək istəyir və bu iş üçün onu himayə edən qüvvələrə israrlı müraciətlər etməkdədir". Mənbə iddia edir ki, yaxın günlərdə Mingəçevirə yeni rəhbər təyin olunacaq: "Bu zaman Əhəd müəllimin israrlarının nəticə verib-vermədiyini görəcəyik". Geri qayıt |