Əsas Səhifə > Cəmiyyət, Manşet > BDU Abel Məhərrəmovun yaxınlarından "təmizlənir"...

BDU Abel Məhərrəmovun yaxınlarından "təmizlənir"...


4-12-2018, 11:30
BDU Abel Məhərrəmovun yaxınlarından "təmizlənir"...
Bakı Dövlət Universitetinin (BDU) bir neçə kafedra müdiri vəzifələrindən azad olunub.

Universitetin Bitki fiziologiyası, Üzvi kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedoqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedralarının müdirləri vəzifələrindən çıxarılıb. Buna görə də BDU boş qalan kafedra müdiri vəzifələrinə yeni rəhbər axtardığını elan edib. Bundan əlavə, universitet bir neçə kafedraya professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə də elan edib.

Qeyd edək ki, bu vaxta qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri akademik, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev olub. Həmçinin, Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsini biologiya elmləri doktoru, professor Vilayət Abdıyev, Cinayət prosesi kafedrasının müdiri vəzifəsini hüquq elmləri doktoru, professor Firuzə Abbasova, Üzvi kimya kafedrasının müdiri vəzifəsini professor Teymur İlyaslı, Pedoqogika kafedrasının müdiri vəzifəsini professor Ləzifə Qasımova, Kitabxana resursları və informasiya axtarış sistemləri kаfеdrаsının müdiri vəzifəsini isə tаriх еlmləri dоktоru, prоfеssоr Хəlil İsmаyılоv icra edib.

BDU Abel Məhərrəmovun yaxınlarından "təmizlənir"...

Məsələ ilə bağlı a24.az-a açıqlama verən professor Vasim Məmmədəliyev bildirib ki, kafedra müdiri vəzifəsini icra etməyin müəyyən müddəti var: “Mən hələ də BDU-nun Ərəb filologiyası kafedrasının müdiriyəm. İşdən çıxarılmağımla bağlı xəbərim yoxdur. Amma əgər məsləhət belə olarsa, əlbəttə, başqa nə deyə bilərəm? Kafedra müdirlərinin müvafiq səlahiyyət müddəti bitdikdən sonra yenidən seçilməsi üçün səsvermə keçirilir. Amma bu, o demək deyil ki, mən kafedra müdiri vəzifəsindən azad olunuram. Ola bilsin ki, yenidən rəhbər mən seçildim. Yəni prosedur belədir. Kafedra müdirinin səlahiyyət müddəti bitir və yenisi seçilir. Seçiləriksə, yenidən işləyərik. Əks halda, dünyanı biz tutmalı deyilik ki?”.

Xatırladaq ki, noyabrın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Abel Məhərromov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Geri qayıt