Əsas Səhifə > Cəmiyyət, Manşet > Samir Şərifovun işçisi haqda ittihamlar...

Samir Şərifovun işçisi haqda ittihamlar...


13-12-2018, 11:42
Samir Şərifovun işçisi haqda ittihamlar...
DİA.AZ: - Zərdab şəhər sakini M.Xəlilov ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşın iddia etdiklərini DİA.AZ olaraq bəzi korrektələrlə təqdim edirik. Qeyd edək ki, müraciətdə ağır ittihamlar yer aldığından ixtisar etmək zorunda qaldıq (Qeyd edək ki, bu şikayət ərizəsi "[email protected]" e`mail adresindən redaksiyamıza göndərilib):

"Möhtərəm Prezident! Zərdab rayon Maliyyə İdarəsinin rəisi vəzifəsini neçə illərdir icra edən rəis müavini Məmmədov Sakit İfrat oğlu Azərbaycan Beynəlxalq Üniversitetinin rektoru olmuş, barəsində bir neçə maddə ile cinayət işi açılmış Elşad Abdullayevlə şübhəli əlaqələrə girərək ali təhsil almadan, ali məktəbin yolunu belə tanımadan işlədiyi idarənin əmr kitabında qiyabi qaydada ali təhsil alması barədə heç bir qeydiyyatı olmadan, qanunsuz yolla diplom əldə edib. S. Məmmədov neçə illərdir əldə etdiyi diplomla dövlətin küllü miqdarda pulunu mənimsəyib və özünü ali təhsilli kimi gösdərərək inzibati vəzifə tutub. Buna subut olaraq S. Məmmədov prokurorluğa özü barəsində verdiyi izahatında yazır ki, "mən 1999 cu ildə ABU-ya qiyabi qaydada daxil olmışam və 2002- ci ildə yəni 3 ilə həmin unversiteti bitirmişəm". Ölkəmizdə həmin dövrdə 5 illik olan qiyabi təhsili 3 ilə guya oxumasını Sakit belə izah edir ki, "mənim birinci təhsilim texnikom olduğu üçün mən birbaşa ABU-nun 2- ci kursuna daxil olmuşam. Sakitin dediyi qaydada ölkəmizdə qiyabi təhsilin olmaması barədə təhsil nazirliyinin əlimdə 07.03.2018 və 16.03.2018 ci il tarixli 2963/01/11-24 nömrəli rəsmi sənədləri var.

Təhsil Nazirliyinin əlimdə olan 07.03.2018 ci il tarixli məktubunda göstərilir ki, ölkəmizdə qiyabi təhsil 5 ildir və birinci təhsili texnikom olan şəxslər hər hansısa ali təhsil müəssəsinin 2 ci kursuna daxil olmasi nəzərdə tutulmamışdır.Bu məktubdan açıq aydın görünür ki, S.Məmmədovun özü barəsində verdiyi izahatında göstərdikləri tam yalandir. Bizim ölkəmizdə onun dediyi qaydada qiyabi təhsil yoxdur.

Möhtərəm Prezident, ən əsası da Azerbaycan Respublikası Tələbə Qəbulu üzre Dövlet Komissiyasindan rayon prokurorluğuna göndərilən 14.03.2015 ci il tarixli 139-d-15 saylı məktubda göstərilir ki, "1992-2014 ci illərdə Məmmədov Sakit İfrat oğlu keçirilmiş qəbul imtahanlarında sənət vermiş abuturyentlər arasında aşkar edilməyib" Bu da o deməkdir ki, Sakit Məmmdov əldə etdiyi diplomu qanunsuz yolla, yəni testdən kənar əldə edib. Təsəvvür edin, gülünc bir vəziyyətdir ki, testdən xəbəri olmayan, tədrisin hesablanma qaydasın bilməyən Sakit Məmmədov neçə illərdi bu qaydada rayon Maliyyə İdarəsinə rəhbərlik edir. Bütün bu işlərdə Sakitə havadarlıq edən onun “krışası” Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur.

Hansı ki, Namiq 68 yaşında müqavilə ilə işləyir. Bu da o deməkdir ki, 68 yaşda müqavilə ilə işləyirsə, dövlətinə və prezidentinə düzgün xidmət etməlidir. O isə əksinə çox hörmətli möhtərəm Prezident, Sizə, yuxarı və aşağı dövlət orqanlarına Sakitin qanunsuz əməllərini gizlətmək üçün həqiqi olmayan məlumatlar verməklə məşğuldur.

Möhtərəm Prezident, bu məsələ ilə bağlı ciddi tədbir görülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Samir Şərifovun işçisi haqda ittihamlar...
Samir Şərifovun işçisi haqda ittihamlar...
Samir Şərifovun işçisi haqda ittihamlar...
Samir Şərifovun işçisi haqda ittihamlar...
Samir Şərifovun işçisi haqda ittihamlar...

Geri qayıt