Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT

Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT


21-12-2018, 11:08
Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT
DİA.AZ: - Azərbaycana qarşı daha bir təxribat planı hazırlanır. Bu dəfə isə özünü Müstəqil Futbol Assosasiyaları Konfederasiyası (CONİFA) kimi təqdim edən qurum tərəfindən. Xatırladaq ki, bu barədə qərar hələ bu ilin avqust ayında verilib. Söhbət isə Azərbaycanın işğal olunmuş ərazilərində futbol şempionatının keçirilməsindən gedir.

DİA.AZ bildirir ki, CONİFA tərəfindən bu barədə yayılan rəsmi məlumatlarda net şəkildə ifadə olunur ki, ""Artsax" faktiki olaraq Qafqazda dövlətdir və Avropa Kuboku uğrunda CONİFA çempionatı 2019-cu ildə burada keçiriləcək".

Hər halda belə bir hədyan tədarükün Azərbaycana qarşı təxribat olması şübhəsizdir. Amma burada maraqlı nüanslar da yetərincədir.

Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT

İlk başdan onu qeyd edək ki, bu vaxta qədər Ermənistanın yeni hökumətinin rəhbəri olan Nikol Paşinyan Qarabağ probleminin həllinə münasibətdə əvvəlki Sərkisyan hakimiyyətindən fərqli olduğunu nümayiş etdirməyə çalışır və daha konstruktiv olması barədə rəy formalaşdırmaq niyyətini nümayiş etdirir. Amma əslində bu belə deyil və Ermənistandakı seçkilər dönəmində, hakimiyyətin dəyişdirilməsi müddəti boyunca Azərbaycan prezidenti İlham Əliyevdəın cəbhə xəttində sakitçiliyin təminatı barəsində yalvararaq təminat alan Paşinyan iqtidarının da əvvəlkilərdən xislətcə heç də fərqlənmədiyi davamlı olaraq hiss olunur.

CONİFA-nın işğal olunmuş Azərbaycan torpaqlarında və həm də açıq MÜHARİBƏ ŞƏRAİTİNDƏ belə bir çempionatın hazırlıqlarına baş vurması əgər bir yandan Azərbaycanın beynəlxalq nüfuzuna, milli dövlətçilik maraqlarına zərbə vurmaq niyyəti daşıyırsa, digər yandan da net TƏXRİBAT CƏHDİDİR. Çünki Azərbaycan istənilən halda belə bir tədbirin öz ərazilərində keçirilməsinə imkan verməyəcək. Bu, diplomatik yolla mümkün olmasa belə, bunun uğruna hərbi yola da əl atıla bilər. Deməli CONİFA əslində yenidən müharibənin alovlandırılması üçün bir təxribat planı hazırlayır.

Onu da bildirək ki, rəsmi Bakının bu təxribat planına qarşı öz adekvat reaksiyaları ilk başdan olmalıdır və bu reaksiya təkcə CONİFA-nın prezidenti Per-Anders Blindin adının Azərbaycan XİN-in qara siyahısına salınması ilə məhdudlaşmamalıdır. Daha effektiv və daha sərt reaksiya verilməzsə, sonradan düşmən ölkənin təxribat cəhdinə şərait yaratmış olacağıq...


Geri qayıt