Əsas Səhifə > Cəmiyyət, Manşet > "Şahdağ"da ŞAHƏNŞAH qiymətləri...
"Şahdağ"da ŞAHƏNŞAH qiymətləri...9-01-2019, 11:50 |
“Şahdağ” turizm kompleksində qiyməti 30-50 qəpiklik olan 1 litrlik qazsız “Sirab” suaları 5 manata satılır. Məsələ ilə bağlı turistlər Demokrat.Az-ın redaksiyasına şikayət göndərib. Şikayətdə qeyd olunur ki, “Şahdağ” turizm kompleksi nəzdində fəaliyyət göstərən kafe-restoran və iaşə obyektləri işçiləri turistləri açıq şəkildə aldadırlar. “Məsələ ilə bağlı Kompleksin rəhbərliyinə dəfələrlə şikayət edilsə də, ancaq onlar qiymətin belə olmasını normal hesab edir. Bizə bildirirlər ki, bura adi mağaza deyil ki, “Sirab” suyunu 50 qəpiyə alasınız. Hər yerin öz qiyməti olur”, – deyə şikayətçilər qeyd edir. Şikayətçilər “Şahdağ” turizm kompleksində 1 litrlik qazsız “Sirab” suyuna görə verilən çekin fotosunu da redaksiyamıza göndəriblər. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |