Əsas Səhifə > Cəmiyyət, Manşet > "Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"

"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"


21-01-2019, 09:26
"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"
Ölkədə məmur özbaşnalığından cana doyan insanlar saysız-hesabsızdır. Hətta vəziyyət o həddə çatıb ki, məmur özbaşnalığına etiraz edən bəzi ailələr düşmən ölkəyə - Ermənsitana sığınmaq istəyir. Belə ailələrdən biri də Lerik rayon sakini Nəriman Nərimanov küçəsi, ev 21 də yaşayan Quliyev Eldəniz Şadkamal oğlunun ailəsidir.

“Hürriyyət”ə şikayət edən E. Quliyev deyir ki, Lerik rayon icra başçısı Rövşən Bağırov onun ailəsini Ermənistana sığınmağa məcbur edir: “Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb, 2007-ci ildən “Azərenerji”yə satıb. Biz evdə olmamışıq, anam evdə olub. Bundan istifadə edib, bizim adımızdan notariusda saxta sənəd çıxardıblar. 2007-ci ildən bəri vuruşuram, deyirlər ki, belə şey yoxdur. Halbuki, biz nə notariusda, nə də başqa bir yerdə imza atmışıq. Sənəd atamın adınadır, atam rəhmət gedib, amma bütün ailə üzvlərinin də orada adı var. İcra başçısı notariusda, reysterdə göstəriş verib, guya ki, bizim razılığımız var, qol çəkmişik. Xəbərimiz olmadan bizim torpağı işğal edib, “Azərnerji”yə satıblar. Biz heç bir sənədə imza atmamışıq”.

“Onlar mənim taxıl zəmimi də dağıdıblar, mənə külli miqdarda ziyan vurublar”

Şikayətçi nəzərə çatdırdı ki, indi onlara məxsus torpaqda “Azərenerji” stansiya tikib: “Bu torpağın qanuni şəkildə dövlət aktı var, pay torpağıdır, çıxarış yoxdur. Mən o torpaqdan istifadə edirdim. Onlar mənim taxıl zəmimi də dağıdıblar, mənə külli miqdarda ziyan vurublar. Şəkilini də çəkmişəm. Mənim yerimdə taxıl qala-qala dağıtdılar, texnika ilə qazdılar, tökdülər”.

““Azərenerji” özü mənə məktub göndərib ki, bizə torpağı icra hakimiyyəti satıb”

“Mən bununla bağlı bütün strukturlara müraciət etmişəm. “Azərenerji” özü mənə məktub göndərib ki, “biz icra hakimiyyəti ilə razılaşmışıq. Bizə torpağı icra hakimiyyəti satıb. Sizin məsələ icra hakimiyyətində həll olunmalıdır””,-deyə məktubda yazılanları şikayətçi diqqətə çatdırdı.

“Torpağımızı tələb etdiyi üçün 2012-ci ildə qardaşıma şər atdılar”

E. Quliyev onu da əlavə edib ki, torpağın pulunu tələb edəndə onlara şər atıblar: “Qardaşım Tahir Quliyev torpağımızı tələb etdiyi üçün 2012-ci ildə ona şər atdılar, tutdurdular. O, 3,5 il həbsdə yatdı. Torpağı tələb edəndə guya, hökumət nümayəndəsinə zor tətbiq edib. Guya, 25 polisi döymüşdü. Torpaq ailənin ümumi torpağıdır”.

“Heç olmasa iki nəfərə iş versinlər, dolana bilmirik”

“Biz icra hakimiyyətindən torpağımıza görə kompensasiya tələb edəndə deyirlər ki, kompensasiya yoxdur, bizlik deyil, “Azərenerji” alıb. “Azərenerji” də rəsmi məktub göndərib ki, “vətəndaş, biz qanuni şəkildə o torpaq üçün kompensasiya ödəmişik, məsələni icra hakimiyyəti həll etməlidir”. Dəfərlərə icra başçısı Rövşən Bağırovun qəbulunda olmuşuq, heç bir əhəmiyyət vermir. 70 yaşlı anama deyib ki, orada iş açılanda sənin uşaqlarına iş verəcəm. İndi orada iş də açılıb, deyir, mənlik deyil. Deyir, hara istəyirsən şikayət elə. Məsələ ilə bağlı Prezidentdən tutumuş “banditizim”ə qədər hamısına müraciət etmişəm. Məktub göndərirlər, onu da burada gizlədirlər. Bizi çağırırlar ki, şikayət etməyin, sizin orada torpaq yoxdur. Mən komissiya da gətizdirib, yoxlatdırdım. Mənim torpağım yenə orada çıxdı. Biz ailəliklə Ermənistana sığınmağa məcburuq. Bizi blokada da saxlayırlar. Nə torpağımız, nə pulunu, nə də bizə iş verirlər. Mən burada yaşaya bilmirəm, Ermənistana köçürəm. 15 nəfərdən ibarət ailəyik. 5 qardaşıq, heç olmasa ikisinə iş versinlər, onu da etmirlər, məcburi köçürəm. Deyirlər, kompensasiya yoxdur, dövlət ayırmayıb. Halbuki, dövlət kompensasiya ayırıb. Kompensasiya vermirlərsə, heç olmasa iki nəfərə iş versinlər, dolana bilmirik. Bizə qəsdən iş vermirlər. Həmin bizim torpaqda tikilən model stansiyada iş yerləri var”,-deyə şikayətçi qeyd etdi.

E.Quliyev icra başçısı torpaqlarını əlindən aldığı üçün ölkə başçısına müraciət etdi: “Hörmətli Prezident, mən Sizdən xahiş edirəm ki, belə quldurların qarşısını alın. Qanun çərivəsində ya bizə iş, ya da torpağımızın kompensasiyanı versinlər”.

“Harada yaşasam olar, amma belə haqsızlığa dözə bilmirəm”

“Mən prezidentin səhifəsinə 10-15 dəfə məktub göndərmişəm. Dövlət başçısı mənə burada köməklik edə bilmirsə, hüquqlarımı qoruya bilmirsə, məni deportasya etsin, Ermənistan köçüm, gedim. Harada yaşasam olar, amma belə haqsızlığa dözə bilmirəm”,-deyə şikayətçi vurğuladı.

"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"
"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"
"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"
"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"
"Bizim 54 sot pay torpağımızı icra başıçısı əlimizdən alıb"


Geri qayıt