Əsas Səhifə > Cəmiyyət, Manşet > Sahibkar icra başçısından xahiş etdi ki...
Sahibkar icra başçısından xahiş etdi ki...18-02-2019, 12:01 |
DİA.AZ: - Şabran rayon İcra Hakimiyyətinin başçısı Cənab N.Novruzova Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 92, mənzil 1 “Şabran D” MMC-nin direktoru Bədəlov Cəlal Bayram oğlu şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli Novruz müəllim! Dəfələrlə mən Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun məndən mənimsədiyi 227000 (iki yüz iyirmi yeddi min) manat pulu qaytarılmadığına görə Sizə və Hüquq Mühafizə Orqanlarına Şikayət etmişəm. Bu ərizələrimi baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu ərizələrimi isə İcra Hakimiyyətinin müavini-barəsində şikayət etdiyim şəxsin həmkarı, müavin Fikrət Nuşiyev cavablandıraraq guya mənim şikayət ərizəmdə yazdıqlarımın yalan olduğunu və sübuta yetmədiyini mənim həmin şəxsdən şikayətimi qərəzli xarakter daşıdığını mənə ünvanladığı məktubda göstərmişdir. Bildirmək istəyirəm ki, bu şəxsə külli miqdarda pul verdiyimi təsdiqləyən şahidlərim və onun səs yazısını, görüntülərini əks etdirən video çəkiliş də mövcuddur. Həmin çəkilişdə də Mehdi Balabəyovun məndən külli miqdarda pul alması, ondan yalnız 50000 (əlli min) manat məbləğində pulu qaytarılması aydın görünür. Mən bu şəxs tərəfindən aldadılmış, külli miqdarda pulum əlimdən çıxmış Bakı şəhərində 2 mənzilim dəyər-dəyməzinə satılaraq pulu bu şəxs tərəfindən mənimsənilmişdir. Mehdi Balabəyov məndən mənimsədiyi pulları qaytarmaq əvəzinə öz həmkarları tərəfindən müdafiə olunaraq məndən aldığı pulları qaytarmaq istəmir. Buna görə də Sizdən xahiş edirəm ki, Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyovdan pulumun qaytarılmasına köməkdarlıq edəsiniz". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |