Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq...
Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq...20-05-2019, 10:31 |
Şəhid ailəsi Ağcabədi rayon Məhkəməsində vəkil Aygün Kərimova tərəfindən təhqir edilib. Bununla bağlı bu gün tanınmış jurnalist Günel Şahmalıqızı öz sosial şəbəkə səhifəsində paylaşım edib. Bu hadisə onun xalası Reyhan Fərhadovanın başına gəlib. Jurnalist öz facebook səhifəsində hadisəni belə şərh edib: “Şəhid ailəsisən gəl çıx başıma. Neynəyim şəhid olub?Ağlı var idi şəhid olmazdı". Ağcəbədi rayon məhkəməsində vəkil Aygün Kərimova şəhidi təhqir edib. Şəhidliyi ağılsızlıq hesab edən Aygün Kərimova siz şəhidin ünvanına təhqiramiz ifadələr işlədəndə bilmədiniz ki, bu ölkədə şəhid adına nə qədər hörmət və sayqı var?Görünür dövlət başçımızın şəhid adının əbədiləşdirilməsi üçün tapşırıqları və hər bir şəhidin ailəsinə şəxsən diqqət göstərməsindən xanım vəkil xəbərsizdir. Görünür maraqlarını müdafiə etdiyiniz şəxsin statusu şəhid statusundan dəfələrlə yüksəkdir”. Məsələylə bağlı şəhid gəlini Reyhan Fərhadova News24.az-a açıqlama verib və bunları deyib: “Qızımın xərçəng xəstəsi olduğunu biləndə həyat yoldaşı onu atıb getdi. 7 il xəstə olub. Qızıma da, onun övladına da özüm baxmışam. Qızım bir ildir ki, rəhmətə gedib. Indi uşağın atası bizi məhkəməyə verib ki, uşağını geri istəyir. Mənim qızım xəstə olanda yalvardı ki, xəstəliyi ilə əlaqədar baxa bilmir, uşağa bir müddət atası baxsın. İmtina elədi. Bizə uşağın qəyyumluğunu Şuşa rayonun icra başçısı Bayram Səfərov verib. Aprelin 4-də Ağcəbədi Rayon Məhkəməsinin vəkili Aygün Kərimova bizə deyir ki, Şuşa var indi sizə də qəyyumluq verir, Ağcabədi rayonundan almalı idiniz. Aygün Kərimova bizi elə təhqir elə di ki, şəhidimizin şəhid olduğuna görə peşman olduq. Mənə elə təhqirlər etdi ki, heç utanaram dilimə gətirim o nalayiq sözləri. Dünyada ən dəhşətli itki övlad itkisidir. Amma vəkilin bizi təhqirlərindən sonra övladımın ölümünü belə unutdum. Bizə deyir, şəhid ailəsisən gəl çıx başıma. Neyləyim şəhid olub? Ağlı var idi, şəhid olmazdı. Mənə deyir qara qarğa. Övladı ölən ana qırmızı geyinməlidir? Mənim qara paltar geyinməyimi ələ saldı. Bilirsiniz, mənim yoldaşımın atası şəhid olub, heç meyidini də götürə bilməmişik. Bizi necə təhqir edibsə, yoldaşım o məhkəmədən sonra yatağa düşüb, neçə vaxtdır xəstədir. Eşitmişik, Aygün Kərimovanın əri Gəncə Apellyasiya Məhkəməsində hakimdir, ərinə arxalanıb deyə bizimlə yuxarıdan aşağı rəftar edir. Möhtərəm Prezidentimin daim diqqətini hiss etmişik, bizə təzminat verib, ev verib. Mehriban xanım şəhid ailələrinə hər zaman hörmət, diqqət göstərib. Mən Prezidentim İlham Əliyevdən, Mehriban xanımdan, Azərbaycanın görkəmli oğullarından, bütün ictimaiyyətdən xahiş edirəm, bizə kömək edin”. Məsələ ilə bağlı Vəkillər Kollegiyasının saytından Aygün Kərimovanın əldə etdiyimiz telefon nömrəsi ilə əlaqə saxlasaq da, cavab verilmədi. Qarşı tərəfin fikirlərini də saytımızda yayımlamağa hazırıq. Geri qayıt |