Əsas Səhifə > Cəmiyyət, Manşet > Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb...
Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb...12-06-2019, 10:10 |
Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ölkə ərazisində əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib və bu sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası da ildən-ilə dövlət səviyyəsində artırılıb. Elə bunun nəticəsidir ki, 2007-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. 2014 cü-ildən isə sözügedən sərəncamda dəyişiklik edərək 5 iyunu meliorasiya və su və su təsərrüfatı işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. 2007 ci ildən bu yana meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar hər il iyunun 5-ni peşə bayramları kimi keçirməyə başlayıblar. Bu bayramda olkə başçısı hər il bu sahədə fərqlənənlərin bir sıra medal və fəxri adlarla mükafatlandırması az qala adət halını almışdı. Amma bu il meliorasiya və su təsərrüfatı işçilərinin peşəı bayramları ürəkaçan olmayıb. Belə ki, Prezident İlham Əliyev hər olduğu kimi bu il Meliorasiya və su təsərrüfatı sahəsində çalışanlara heç bir mükafat vermədi. Bu da artıq Əhməd Əhmədzadənin meliorasiya sahəsində gördüyü işlərin cənab Prezidentin heç də ürəyincə olmadığından xəbər verir. Məlum olduğu kimi hər il bu sahənin inkişaf etdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bundan əlavə sözügedən quruma hər il Prezidentin ehtiyyat fondundan da milyonlarla vəsait ayrılır. Lakin ayrılmış bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir. Çünki yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən insanların böyük əksəriyyəti narazılıq edir.Bunlardan əlavə son dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də məlumatlar yayılmaqdadır.Odur ki, Prezident İlham Əliyev nəhayət Əhməd Əhmədzadənin meliorasiya sahəsindəki inkişafla bağlı hesabatlarının yalanlardan başqa bir şey olmadığını gördü. Bu isə Əhməd Əhmədzadənin tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil. Qeyd etmək istərdik ki, son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar da buna səbəb ola bilər. Qeyd edək ki, Əhməd Əhmədzadə sözügedən cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət qədər böyük bir kapital sahibinə çevrilib. \\aktualinfo.org\\ Geri qayıt |