Əsas Səhifə > Cəmiyyət, Manşet > Dana monopoliyası ilə bağlı prezident Zelenskiyə müraciət...

Dana monopoliyası ilə bağlı prezident Zelenskiyə müraciət...


27-07-2019, 15:49
Dana monopoliyası ilə bağlı prezident Zelenskiyə müraciət...
Baş redaktor "dana monopoliyası" ilə bağlı Ukrayna prezidentinə müraciət etdi

Cənab Vladimir Zelenski !

Sizin prezident seçkisində parlaq qələbəniz keçmiş sovet məkanında yaşayan 100 milyonlarla insanda ruh yüksəkliyi və ən əsası gələcəyə böyük ümid yaradıb. Düzdür bəzi keçmiş sovet respublikalarında, yəni hazırki müstəqil dövlətlərdə ( Baltik respublikaları, Gürcüstan, Azərbaycan və s ) müsbət proseslər gedir, amma bu böyük iqtisadi-siyasi məkanda fundamental dəyişikliyə gətirmir, yəni adını saydığım ölkələr bəlli səbəbdən LOKOMOTİV rolunu oynaya bilmir. Ukraynaya gəldikdə isə...

Cənab Preizdent !

Unutmaq olmaz ki, Ukrayna həmişə Rusiyanın onurğa sütunu olub və Kiyev Rus şəhərlərinin anasıdır. Ona görə də düşünürəm ki, böyük bir coğrafi məkanın gələcəyi Ukraynada gedən iqtisadi-siyasi proseslərdən və şəxsən Sizin verəcəyiniz qərarlardan çox asılıdır.

Cənab Zelenski !

Söz özünüz də gözəl bilirsiniz ki, bizi 70 illik sovet dövrü deyil, daha uzun dövr ( Çar Rusiyası, sonra sovet rejimi ) 100 ildən artıq müddət birləşdirir. Ona görə də problemlərimiz demək olar ki, eynidir. Bu gün xalqlarımız korrupsiya, rüvətxorluq, məmur özbaşınalığı, gizli iqtisadiyyat, monopoliya və s kimi problemlərin altında əzilir. Bu gün Azərbaycan prezidenti İlham Əliyev cənabları da ölkəmizdəki korrupsiyaya, inhisarçılığa qarşı sözün həqiqi mənasında savaş elan edib və bu istiqamətdə ciddi addımlar atılır. Amma yuxarıda qeyd etdiyim kimi Ukrayna keçmiş metropoliyanın, Sovet İttifaqının və bu gün postsovet məkanının nüvəsidir. Və hər şey nüvədə gedən dəyişikliklərdən asılıdır. Ona görə də Sizə müraciət edirəm.

Keçmiş sovet respublikalarında, yəni hazırkı müstəqil dövlətlərdə baş verən qanunsuzluqların, inhisarçılığın, korrupsiyanın bir ucu gedib Böyük Ukraynaya çıxır. Konkret olaraq demək istəyirəm ki, Ukraynada çalışan bəzi iş adamları, biznesmenlər sizin ölkədə monopoliya yaradaq Ukrayna məhsullarının Azərbaycana ixracını öz əllərində cəmləşdiriblər. Və imkan vermirlər ki, bu geniş məkanda azad bazar qanunları işləsin, azad rəqabət olsun və bunun nəticəsində xalqlarımız Uca Allahın ölkələrimizə verdiyi sərvətlərdən lazımınca istifadə etsinlər.

Cənab Zelenski !

Monopoliya səbəbindən Ukrayna məhsulları Azərbaycanda real dəyərindən az qala 10 dəfə baha satılır. Bu böyük bir cinayətkar şəbəkədir. Bu şəbəkəyə təkcə Azərbaycan iş adamları deyil, həm də Ukrayna biznesmenləri də daxildir. Nəticədə xalqlarımız təbii yaşamaq hüququndan məhrum olur.

Bu məsələdə Rusiya vətəndaşı olan azərbaycanəsilli şəxslər də yaxından iştirak edir və hər ay milyonlar qazanır. Rusiya vətəndaşı olan bu şəxslərin məqsədi bəlkə də Azərbaycanla qardaş Ukrayna arasında olan sağlam münasibətləri pozmaq, bəlkə sabotajdır.

Konkret olaraq deyə bilərəm ki, Rusiya vətəndaşı, Belqorod şəhər sakini 1966-cı ildə Azərbaycanın Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda "Timur", Azərbaycanda "Peykan" ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd Ukraynada əməlli-başlı monopoliya yaradıb.

NUH.az-a daxil olan məlumata görə, Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor Teyyubun adamı Pərvizdir, Ukrayna tərəfdən Yura ) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Necə ?Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi. Bundan istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir. İndi isə Teyyub Hüseynovun dana monopoliyasının mexanizminə diqqət edək.

Teyyub hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alır. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. "Peykan" hər maşından 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Son 5 ildə bu monopoliya Teyyub Hüseynovun əlindədir, deməli o qeyri-qanuni yolla 16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT Treyd" ( Kompaniya MEAT TRADE). Teyyub Hüseynov 2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də diri mal-qara ixrac edib.

Cənab Prezident !

Bizə daxil olan məlumata görə, Ukrayna qanunlarına zidd olaraq Teyyub Hüseynovun şirkətinə rəhbərlik edən Pərviz adlı şəxs Ukraynanın müxtəlif bölgələrindən ( Çerniqov, Vinnitsa, Xarkov və s ) diri mal-qaranı toplayır və Lvov şəhərində gömrükdə rəsmləşdirirlər. Məlumata görə, bu qeyri-qanuni rəsmləşdirməyə görə, Ukrayna hüquq-mühafizə orqanlarına, Baytarlıq İdarəsinə, Lvov Gömrük İdarəsinə rüşvət verilir. Əslində mal-qara 21 gün karantində qalmalı olduğu halda Pərviz malı köhnə tarixə sənədləşdirir. Sonra məhsul Xarkova, oradan isə Rusiyanın Belqorod şəhərinə göndərilir. Sonra Rostov - Dağıstan marşrutu üzrə diri mal-qara Azərbaycana gətirilir.

Cənab Zelinski!

Bizim məqsədimiz kiminsə pulunu saymaq deyil. Əsla. Bütün bu prosesi Sizə çatdırmaqda məqsədimiz odur ki, dövlətlərimiz arasında əlaqələr qanun müstəvisində olsa, bundan bəzi işbazlar, monopolistlər deyil, Ukrayna və Azərbaycan xalqları qazanar.

Cənab Prezident !

Bir neçə il əvvəl monopoliya problemi ilə bağlı mənim Gürcüstan hökumətinə elektron müraciətimə bir həftə müddətində Gürcüstan Maliyyə polisinin rəisi Biranidze rəsmi cavab vermişdi və məsələ ilə bağlı operativ tədbirlər görülmüşdü. Düşünürəm ki, Sizə ünvanladığım müraciətə Ukrayna hüquq-mühafizə orqanları diqqətlə yanaşacaq və lazımi tədbirlər görüləcək.

Dərin hörmətlə, NUH.az saytının baş redaktoru Kamran Məhərrəmli
\\nuh.az\\
Geri qayıt