Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirin birinci müavini haqqında ilginc iddia
Nazirin birinci müavini haqqında ilginc iddia29-07-2019, 11:46 |
Səhər saat 11 radələrində Vaqif Əliyev muzeyin akt zalına daxil olub vətəndaş qəbuluna başlayır. Bu zaman yuxarıdan aşağıya bir tapşırıq gəlir. Və bu tapşırıqdan sonra mədəniyyət işçiləri hərəkətə keçir. Pomidor axtaran kim, şaftalı axtaran kim. Vətəndaş qəbulunda mədəniyyət işçilərini meyvə tərəvəz dalınca qovdular. Nazir, konfrans zalında vətəndaşlarla görüşüb onları narahat edən problemləri dinləyərkən,nazirliyin işçiləri çöldə pamidor,yumurta axtarırdı. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz rayonunda vətəndaşları qəbul edib. Görüş rayonun tarix diyarşünaslıq muzeyində keçirilib. Görüş davam edir. Nazirlik əməkdaşlarından biri binaya daxil olub,növbədə olan vətəndaşların sayını soruşur. “6 vətəndaş qalıb.Ən azı 40 dəqiqə çəkəcək.Tələsin biraz.” Bu zaman məlumat gəlirki, şaftalı tapıldı. Sırada isə hələ pomidor və yumurta var idi. Demək olarki bütün əməktaşlar bu işə səfərbər edildi. “Qardaş qurban olum 2 latok pomidor tap. Nazir müavini üçündür.” Bir müddət sonra nazir müavininə lazım olan digər iki nemətlərdə tapıldı. Nazirin sürücüsünə məlumat verildi. ”Maşını binanın arxa tərəfinə sürün zəhmət olmasa” Pomidorlar və tumurtalar nazir müavini Vaqif Əliyevin 10 AB 037 dövlət qeydiyyat ñişanlı avtomabilinin yük yerinə qoyuldu. \\conflict.az\\ Geri qayıt |