Əsas Səhifə > Cəmiyyət > Həkim tərəfindən bıçaqlanan baş həkimin vəziyyəti ağırdır

Həkim tərəfindən bıçaqlanan baş həkimin vəziyyəti ağırdır


6-08-2019, 16:41
Həkim tərəfindən bıçaqlanan baş həkimin vəziyyəti ağırdır
Dünən Sumqayıtda bıçaqlanan “Sum Modern Dental Clinic”in baş həkimi Şahin Baxşəliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Qafqazinfo”ya məlumatı qardaşı, “Şəfqət” klinikasının baş həkimi Fikrət Baxşəliyev verib. O bildirib ki, hazırda Ş. Baxşəliyevin vəziyyəti stabildir:

“Bizə bildirildi ki, vəziyyəti ağırdır. Dünəndən etibarən stabil olaraq qalır, həkim nəzarəti altındadır”.

Qeyd edək ki, insident 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib. Hadisəni törətməkdə günahkar bilinən klinikanın həkimi Pərviz İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Geri qayıt