Əsas Səhifə > Cəmiyyət > Şirvanda iki nəfər müəmmalı şəkildə ölüb

Şirvanda iki nəfər müəmmalı şəkildə ölüb


7-08-2019, 11:05
Şirvanda iki nəfər müəmmalı şəkildə ölüb
Şirvanda müəmmalı ölüm hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakinləri - 1976-cı il təvəllüdlü Şotiyev Sahib Balaisa oğlu tanışı, 1985-ci il təvəllüdlü, Əzizov Vüsal Tahir oğlu ilə birlikdə yeyib-içiblər. Bir neçə saatdan sonra hər ikisinin halı pisləşib və onlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt