Əsas Səhifə > Cəmiyyət, Manşet > Samir Şərifov Beyləqandakı adamını tutdurur?

Samir Şərifov Beyləqandakı adamını tutdurur?


16-08-2019, 12:23
Samir Şərifov Beyləqandakı adamını tutdurur?
DİA.AZ: - Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev həbs oluna bilər. Bu iddia DİA.AZ-a Beyləqandakı mənbələrdən daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, hazırki icra başçısı Asif Ağayevlə münasibətləri heç də xoş olmayan İslam Allahverdiyevin fəaliyyətinin araşdırlması üşün yuxarı instansiyalara müraciət olunub.

Mənbənin dia-az.life-a söylədikləri: "Rayonun sabiq icra başçısının dövründəki maliyyə fəaliyyətinin araşdırılması nəzərdə tutulur. Maraqlıdır ki, bu sifarişi elə Maliyyə Nazirliyinin özünün verdiyi deyilir. Belə çıxır ki, Samir Şərifov Beyləqandakı kadrının fəaliyyətindən heç də məmnun deyilmiş və yaxud da aşkarlanmas ehtimal olunan hər hansı yeyinti faktının tamamınn maliyyə şöbəsinin üzərinə qoyulması planlaşdırılır".

Mənbə iddia edir ki, yaxın günlərdə Beyləqanda əlaqədar qurumlar tərəfindən geniş təftiş işləri həyata keçiriləcək: "Söhbət bir neçə milyon manatlıq vəsaitin xərclənməsində yol verilən aşkar yeyintidən gedir".

İddia olunanlarla bağlı bütün maraql tərəfləri dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt