Əsas Səhifə > Cəmiyyət, Manşet > Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü
Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü13-09-2019, 12:30 |
Özünün tam fəaliyyət qabiliyyəti olmaması barədə saxta sənəd hazırladaraq qohumuna borclu olduğu 23.335 manat pulu ödəməkdən boyun qaçıran şəxs indi də mal oğurluğu üstündə saxlanılıb. Axar.az xəbər verir ki, tam sağlam olan, avtomobil idarə edən və hətta banklardan rahatlıqla kredit belə götürən Cəlilabad rayon Maşlıq kənd sakini Səbuhi Abbasov saxta sənədlər hesabına sərbəst qaldığı üçün növbəti cinayətini törədib. S.Abbasov Cəlilabad Rayon Məhkəməsinin çıxardığı qərarla qabiliyyəti olmayan şəxs hesab edilsə də, o, uzun müddət rayonda normal şəkildə yaşayıb və məsuliyyətdən yayına bilib. Bir neçə gün öncə isə S.Abbasov Cəlilabad rayonunda mal oğurluğu üstündə saxlanılıb. Belə ki, S.Abbasovun başçılıq etdiyi 3 nəfərdən ibarət dəstə rayonun gözdən uzaq ərazilərində otlayan heyvanları qaçıraraq satıblar. Rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mal oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan biri də guya sağlamlıq imkanları məhdud olan və bu səbəbdən dəfələrlə törətdiyi cinayət məsuliyyətindən azad olmağı bacaran Səbuhi Abbasov olub. S.Abbasov polis bölməsində əməlini etiraf edərək oğurladıqları heyvanları kəsərək Bakıdakı ət kombinatlarından birinə göndərdiyini etiraf edib. Məsələ ilə bağlı Axar.az-a danışan S.Abbasovun 23.335 manat borclu olduğu şəxsin vəkili olan Səməd Vəkilov bildirib ki, onlar S.Abbasovun dələduz və cinayətkar olması ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat versələr də, buna əhəmiyyət verilməyib: “Biz bu məsələ ilə bağlı mətbuata da açıqlama vermişdik, həmçinin Cəlilabad Rayon İcra Hakimiyyətinə də bu barədə bildirmişdik ki, özü haqqında saxta sənəd çıxaran adam olduqca sağlamdır. Onun cinayət törətmə ehtimalı yüksəkdir. Onunla bağlı dəfələrlə bir tədbir görülməsini tələb etsək də, bunu ciddiyə almadılar və heç bir tədbir görülmədi. Hətta biz Səbuhi Abbasovun atasının himayəsinə verilməsi haqqında dəfələrlə məsələ də qaldırdıq. Bu iddiamız da təmin olunmadı və atasının himayəsinə verilmədi”. S.Vəkilov bildirib ki, İcra Hakimiyyətinin bu məsuliyyətsizliyi və hərəkətlərindən (hərəkətsizliyindən) Prezident Adminstrasiyasına yazılı müraciət edəcəklər. Geri qayıt |