Əsas Səhifə > Cəmiyyət, Manşet > "Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..."

"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..."


18-09-2019, 11:54
"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..."
“Qadınlar ehtiyatlı olun! Xaricilər qanunlarımızı incələyib biznes qururlar”.
“Yeni Sabah” bildirir ki, bu xəbərdarlıqla “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. O, bildirib ki, Bakı şəhər sakini olan Nigar Əliyeva VİP Style Estetik Klinika onun başına iş gətirib. Xanımın müraciətini olduğu kimi təqdim edirik:

Sentabr ayının 5-i bacım Kəmaləyə Vip Style Estetik Klinikadan zəng edərək pulsuz müayinəyə dəvət etdilər. Yanında 1 xanım da gətirməyini söyləyiblər.Sentyabr ayının 15-i bacım və mən Koroğlu Rəhimov 47 ünvanında yerləşən klinikaya getdik. Bizi resepşndə qarşılayıb blank təqdim etdilər. Blankda ad, soyad, ünvan, işləmədiyimi qeyd etdim.

Məni Gülnar xanım adlı kosmetoloqa yönəltdilər. Biz xanımın ayrıca otağına keçdik. Gülnar xanım sifətimi kiçik aparatla müayinə etdi. Lazimı qeydləri öz vərəqində qeyd etdi. Mənim sifətimin çox problemli olduğunu söylədi. Sonra həmin pulsuz prosedurları hər iki tərəfdən sifətimə tətbiq etdi.

Bu əsnada mənimlə müxtəlif mövzulardan söhbətlər edirdi. Ailə məişətdə olan problemlərimlə maraqlanırdı. Sanki hipnoz altına düşürdüm.

Mənə bu kremlərin nə qədər çox xeyirli olduğundan danışırdı. Prosedurdan sonra yenə də həmin kiçik aparatla sifətimi müayinədən keçirdi və hətta 1 prosedurdan sonra çox gözəl nəticə aldığını söylədi.

Bashladı mənə bu prosedur haqqında ətraflı danışmağa. İlk öncə mənə kremlər barəsində danışdı ki, 6 ay ərzində ayda 1 dəfə olmaqla klinikada aparat vasitəsilə təkrar müayinələr keçirilir. Həkim üzümdəki problemin dərəcəsinə uyğun olaraq kremlərin dozası belə qeyd olunacağını dedi. Hətta bu prosedurlarla bərabər mənə coxlu hədiyyələr olacağını qeyd etdi.

Mən qiymətiylə maraqlananda 3000 manat məbləğ söylədi. Bu klinikanın başçısının İsrailli olduğunu və məhsulların hamısının ordan gətirdiklərini söylədi. Çox baha olduğunu bildirdim. Gulnar xanım mənim üçün ən minimal endirim etməyə çalışacağını söylədi.

Otaqdan çıxaraq mühasiblə danişmağa getdi. Sonra geri qayıdaraq mənə 40% endirim etdiklərini ümumi məblğin 1980 manat olduğunu və aylara bölərək 7 ay ərzində hər ay 283 man ödəyəcəyimi bildirdi və mənimlə müqavilə bağlayıb imza qoydurdular.

Özlərində mənim işsiz olduğumu, yoldaşımın isə dovlət qulluğunda işlədiyini qeyd ediblər. Mən yoldaşımın razılığı olmadan öz adımdan razılıq verdim. Beh olaraq minimal məbləğ ödəməyimi söylədilər. Mən də 50 manat pul verdim. Əvəzində mənə saxta mədaxil qəbzi verdilər.

Bu prosedurun cox bahalı olduğunu amma çox böyük güzəştə getdiklərini qeyd etdilər. Hətta 2 əlavə qızıldan üz maskasi və pulsuz olaraq əl qulluğu prosedurunu da hədiyyə olunduğunu söylədilər.

Biz 1-ci korpusdan cıxaraq 2-ci korpusa getdik. Orda mənə kremlər olan qutunu təqdim etdilər. Gülnar xanım məni Zərifə xanımla tanış edərək özü 1-ci korpusa qayıtdı. Məni Zərifə xanım həkim Lala xanımın otağına gətirdi. Yenə də böyük aparat vasitasilə sifətimi müayinədən kecirdilər və dərimin problemli olduğunu söylədi.

Mənə ayrıca olaraq listdə kremlərin istifadəsi qaydasını yazıb başa saldı. Həsənova Nailə adlı kurator təyin etdilər. Sonra bacım öz həkimiylə bizim yanımıza qayıtdı. Onun həkimi İnarə adlı xanım hətta təklif etdi ki, siz 50 man ödəyin malı götürün, olmasa geri gətirib qaytara bilərsiz.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis Həcər xanım yaxınlaşdı. Hər hansı bir problemin olub olmadığı ilə maraqlandı. Mən məhsulu götürüb evə qayıtdım. Evdə yoldaşım razılığını vermədiyini və bu məhsula pul ödəməyəcəyini söylədi.

Sentyabrın 16-da mən klinikya yaxınlaşıb resepşna malı geri qaytarmaq istədiyimi qeyd etdim. Həcər xanım məni qəbul etdi və məhsulun hec cür geri qaytarmaq mümkün olmadığını söylədi. Mən işləmədiyimi və yoldaşımın mənə bu məbləği ödəməyəcəyimi bildirdim. Bizə maliyyə şöbədən Fatimə xanım da qoşuldu. Özünün iş günü olmadığına baxmayaraq mənimçün direktordan bu güzəşti əldə etdiyini söylədi. Mən yenə də bu məbləği ödəyə bilməyəcəyimi bildirdim. Təklif etdilər ki, qutunu saxlayıb kremleri özümlə aparım, yəni yoldaşımı aldadım. Sonra mənim geyimimin bahalı olduğunu, qolumda bahalı qolbaq olduğunu söylədilər. Həcər xanım söylədi ki, Səhiyyə nazirliyini əmri ilə kosmetika malları qaytarılmır. O dedi ki, sizi məhkəməyə verib pulumuzu alacağıq.

Mənim istehlakçı hüququm pozulub. Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, ödədiyim 50 AZN qaytarılsın, kremlər geri götürülsün, müqaviləyə xitam verilsin”.

Geri qayıt