Əsas Səhifə > Cəmiyyət, Manşet > Şəkidə məmurların qovğası...

Şəkidə məmurların qovğası...


23-09-2019, 15:16
Şəkidə məmurların qovğası...
İyulin 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək 19 nəfərə xəsarət yetirməsi, Şəki Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səhlənkarlığı ucbatından Şəmkir rayon sakini, azyaşlı uşaq anası,müəllimə Xəyalə Ağamalıyevanın ölumu ilə nəticələnən hadisədən çox müddət keçməyib. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki “Xan Sarayı”nın, həmçinin Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi burada baş verən sözügedən hadisəni tamamilə unutdurdu

Aktualinfo.org sözügedən faciə ilə bağlı yeni maraqlı məlumalatlar əldə edib. Həmin məlumatlarda hadisənin heç də təsadüfən deyil, baxımsızlıq ucbatından və səhlənkar idarəetmənin nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, hadisədən dərhal sonra Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilkin olaraq bildirmişdi ki, ağacın iri budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: “Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb”.-deyə Təranə Abdullayeva mətbuata bildirmişdi

Sonrakı açıqlamasında isə Təranə Abdullayeva bir az da qabağa gedərək “budağı sınaraq turistlərin üzərinə düşən ağacın budanması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma 2016-cı ildən bu tərəfə gəlib bu ağacı budayan olmayıb”-demiş və əlavə etmişdi ki,“Xan çinarı” “Qırmızı Kitab”a düşdüyündən, qoruq ərazisində olduğundan ağacın budanmasını da ancaq şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyi həyata keçirməlidir: “Mən Tarix Memarlıq Qoruğunun direktoruyam, Təbiət Qoruğunun yox. Amma bununla belə mən ağacın budanması üçün aidiyyatı qurumlara məktub yazmışam. Budanması üçün də müsbət rəy verilib. Axırıncı dəfə hadisə baş verməzdən bir neçə gün öncə Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə də əlaqə saxladım ki, gəlib ağacı budasınlar. Dedilər gəlib budayacaqlar. Amma gəlib budayan olmadı”. Ortaya sual çıxır,niyə?

Memarlıq Qoruğu direktorunun bu açıqlamasından sonra Şəki Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ağac qoruq ərazisində olduğundan, onun budanması Kommunal Təsərrüfat İstehsalat Birliyinin dislokasiyasına aid deyil: “Şəki Xan sarayının həyətinə maşın daxil ola bilmir. O ağacı budamağa xüsusi texnika və mütəxəssis lazımdır. O da bizdə yoxdur. Ona görə də, ağacı budanması bizim səlahiyyətimizə aid deyil”. Diqqət yetirin Təranə Abdullayeva deyir ki, şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinə zəng etdim,dedilər gəlib budayacıq, Şəki rayon İcra Hakimiyyətindən isə mətbuata bildirilir ki,bu bizim səlahiyyətimizə aid deyil..

Maraqlıdır, bəs kimin səlahiyyətləri daxilindədir? Məlum olduğu kimi, “Xan Sarayı” və ətrafı memarlıq abidəsi hesab olunduğundan Mədəniyyət Nazirliyinə tabe bir qurumdur. Amma ərazi baxımından Şəki rayonunda və Şəki şəhərinin tam mərkəzində yerləşir. Bununla bərabər qoruq Mədəniyyət Nazirliyinin strukturuna daxıl olan Şəki Regional Mədəniyyət İdarəsinə tabeli bir qurumdur. Sözügedən idarə isə tək “Xan Sarayı” deyil, bölgədə yerləşən yüzlərlə belə tarixi memarlıq abidəsinin qorunmasına yerli İcra Hakimiyyəti orqanları ilə birgə məsuliyyət daşıyırlar. Belə olan təqdirdə Şəki Regional Mədəniyyət İdarəsi bu hadisəyə niyə seyrçi qaldı. İdarənin müdiri Mirvari Zeynalova həmin hadisələrdə nə üçün susqunluq nümayiş etdirdi?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Xan Sarayı”nın qarşısındakı çinar ağacı 14 iyul hadisəsəndən təxminən bir ay əvvəl başqa bir budağı da sınaraq yerə düşübmüş və xoşbəxtlikdən həmin hadisə zamanı ətrafda heç kim olmadığından xəsarət alan olmamışdı. Bu hadisədən isə Şəki rayon İcra Hakimiyyətinin də, Şəki Regional Mədəniyyət İdarəsibnin də məlumatı olmuşdur. Bəs bir ay əvvəl baş vermiş bu hadisə ictimaiyyətdən nə üçün gizlədildi? Həmin hadisədən dərhal sonra Şəki icra Hakimiyyəti və Şəki Regional Mədəniyyət İdarəsi aidiyyatı qurumlar qarşısında təhlükənin olduğu barədə niyə məsələ qaldırmayıb? Bu səhlənkar və məsuliyyətsiz bir idarəetmənin nəticəsi ilə yanaşı,,hər hansı bir faciənin baş verməsi üçün bilərəkdən atılmayan addım deyilmi?Bəs görəsən yuxarıda qeyd etdiyimiz kimi, görəsən hadisə zamanı və hadisədən sonra Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova nə üçün susqunluq nümayiş etdirdi.

Redaksiyamıza verilən məlumatlara Mədəniyyət İdarəsinin müdiri Mirvarı Zeynalova ilə Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva arsında uzun müddətdir gərginlik yaşanmaqdadır. Məlumatlara görə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da Təranə Abdullayevanı bu vəzifədən uzaqlaşdırmaq üçün yollar axtar. Bütün bunlara səbəb Təranə Abdullayevanın qoruq ərazisindən kifayət qədər gəlirlər əldə etməsi göstərilir. Məlumatlara görə elə “Xan Sarayı”nın arxasında yerləşən suvenir mağazasından xanım direktor il ərzində xeyli gəlir əldə edir. Bunlardan əlavə məlumatlara görə Şəkidə Təranə Abdullayevaya məxsus bir neçə mağazalar var ki, bunların hamısını qoruğa direktor təyin olunduqdan sonra ərazidə son illər aparılan bərpa və yenidənqurma işlərinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməklə əldə edib. Qoruqdan isə Təranə Abdullayeva heç də az gəlir götürmür. Götürək elə “Xan Sarayı”nı ziyarət etmək üçün gələnlərə satılan biletləri. Bu biletlərin satışının hesabatı aparılmır və son dövrlər buraya turist axınını nəzərə alsaq,kifayət qədər məbləğın toplandığını görmüş olarıq. Məlumatlara görə xanım direktor bu yollarla əldə etdiyi pullar hesabına Türkəyədə, Antalya şəhərində otel də alıb. Bu yollarla əldə etdiyi gəlirlər Təranə Abdullayevanı bir oliqarx məmura çevirib və Mədəniyyət Nazirliyində toxunulmazlığını təmin edib.Ona bu işdə yardım edənin isə Mədəniyyət nazirinin müavini Vaqif Əliyevin olduğu bildirilir.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə bütün bunlara seyrçi qala bilmir və Regional Mədəniyyət İdarəsinə müdir təyin etdirdiyi Mirvari Zeynalovanın əli ilə onu vurmağa çalışır. Mirvari Zeynalova isə səlahiyyətləri çatmırmış kimi görkəm alaraq bu yolda yavaş -yavaş irəliləyir.

Geri qayıt