Əsas Səhifə > Cəmiyyət, Manşet > Əhmədzadə yenə də heyrətləndirir...
Əhmədzadə yenə də heyrətləndirir...3-10-2019, 10:44 |
Azərbaycanda olmayan iş yoxdur. Bəzən elə hadisələr baş verir ki, onun mövcudluğu belə məntiqi mat qoyur. JAMAZ.İNFO xəbər verir ki, iqtisadçı-ekspert Toğrul Masallı məntiqi mat qoyan hadisələrdən biri barədə məlumat yayıb. Ekspert yazır ki, Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC sentyabrın 16-da "icmal maliyyə hesabatlarının auditi"nə dair kotirovka sorğusu elanı yerləşdirib. "Sənədləri yalnız sentyabrın 17-nə kimi qəbul edilib. Sentyabrın 27-də "Azəri-Audit Auditor" firması qalib elan edilib. Artıq oktyabrın 1-i isə müvafiq şirkətin möhürü ilə ASC-nin "Maliyyə vəziyyəti haqqında hesabat"ı dərc olunub. Bəs siz auditi neçə günə edirsiz?" Ölkənin ən böyük strukturlarından biri olan, büdcədən heç də az miqdarda vəsait almayan bir qurumun auditinin 3 günə həyata keçirilməsi sözün həqiqi mənasında gülməlidir. Görünür, Meliorasiya və Su Təsərrüfatı ASC audit məsələsində tenderi udmuş şirkətlə bir az məzələnib. Daha doğrusu, onu məzə obyektinə çevirib. Geri qayıt |