Əsas Səhifə > Cəmiyyət, Manşet > Rəsul Quliyevdən İLGİNC DƏYƏRLƏNDİRMƏLƏR...
Rəsul Quliyevdən İLGİNC DƏYƏRLƏNDİRMƏLƏR...25-10-2019, 10:52 |
Sabiq spiker ölkədə aparılan kadr dəyişmə siyasətinə və Milli Şuranın son aksiyasına öz münasibətini ifadə edib… AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev son günlər ölkədə rezonans doğuran kadr dəyişikliyini şərh edərkən bildirib. O hesab edir ki, baş verənləri islahat adlandırmaq ağılsızlıqdır: “Azərbaycanda başlamış kadr dəyişikliyi azı 10 il yubanmasına baxmayaraq pozitiv hadisədir. Bir çoxlarının kadr dəyişkliyini islahat adlandırması qeyri ciddidir. Kadr dəyişməyin adı elə məhz kadr dəyiməkdir vəssəlam! Təbii ki, hakimiyyətə gətirilmiş gənc kadrların islahat etmək arzuları, potensiallarə pensiyaya göndərilənlərdən dəfələrcə yuxarıdır. Pensiyaya göndərilənlər və ya başqa vəzifə alanlar cavanlıqlarında da islahatçı beyinə yox, ağaya qulluq etmək mentalitetinə malik idilər. Elələri heç o vəzifələrə qoyulmamalı idilər. Yeni təyin edilmişlər iqtisadiyyatda islahat proqramını hazırlamalı və çəkinmədən həyata keçirməlidirlər. Hesab edirəm ki, bu proqramlar xalq üçün mütləq formada maksimum şəfaf olmalıdır. Eyni zamanda iqtisadi sahədə bütün vətəndaşlara eyni hüquqlu azadlıq verilməli, birmənalı olaraq korrupsiya, inhisar, monopolya və rüşvətə son qoyulmalıdır. Bütün bunlara paralel olaraq qorxmadan siyasi reformalara başlanmalıdır. Təbii ki, bu işi də prezident və onun aparatı görməlidir. Çox təəssüflər ki, Milli Şura daha doğrusu Axərbaycan Xalq Cəbhəsinin sonuncu mitinq imitasiyasının hərəkata vurduğu neqativ zərbəni hələdə anlamaq şansına malik deyil və heç vaxt anlamayacaqları da heç bir şübhə doğurmur. Çox heyf ki, bu insanlar “xalq onun liderinin kim olduğunu göstərdi” kimi fantaziyalarını hələdə sayaqlamaqda davam edirlər! R.Quliyev şərhinin sonunda 2013-cü il seçkilərindən sonra yaranmış siyasi vəziyyətdən danışıb: “2013-cü ildən “prezident seçkisini 66 faizlə udmuşuq”, deyən AXCP üzvülərinin bir neçə ay həmin o, multipikasiya qəhrəmanina “cənab prezident” deyə müraciət etməsindən başlanan sayaqlama çox təəssüflər ki, hələdə davam edir. Hesab edirəm ki, hakimiyyət ölkəni sivil inkişaf yoluna çıxarmaq istəyirsə, bu başlatdığı prosesin davamı olaraq mütləq formada siyasi reformalarla davam etdirməlidir. Düşünürəm ki, kadr dəyişikliyi prosesi davamlı olarsa, bu prosesi islahatların startı hesab etmək olar. Əks halda bu dəyişiklərin heç bir mənası olmayacaq…” Geri qayıt |