Əsas Səhifə > Cəmiyyət, Manşet > Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır
Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır23-11-2019, 11:58 |
Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı tikinti biznesi ilə məşğul Elşən Cəbrayılov Binəqədidə inşa etdirdiyi mənzilləri dəyər dəyməzinə satır. Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, Elşən Cəbrayılovun niyyəti ölkədən birdəfəlik getməkdir. Hazırda onun rəhbərlik etdiyi “Dərhal” MMC İstanbulun Bəydüzü adlanan ərazisində hündürmərtəbəli binalar inşa edir. Məlumata görə, Elşən Cəbrayılovun ölkədən getməsi həm Rafael Cəbrayılovun borc qalmaqalı, həm də rəhbərlik etdiyi MMC-nin vergi borcu ilə bağlıdır. Xatırladaq ki, Rafael Cəbrayılov bir neçə nəfərdən külli miqdarda borc alıb. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Bu məsələ ictimailəşəndən sonra Milli Məclisə müraciət edərək mandatdan imtina edib. Hazırda Rafael Cəbrayılov borc aldığı şəxslərdən biri olan Xatirə Nəcəfova ilə məhkəmə çəkişməsindədir. O, borclu olduğu şəxslərə aldığı pulları geri qaytaracğına söz verib. Keçmiş deputat baş verənlərdə günahkar kimi qardaşı Elşən Cəbrayılovu göstərir. Hətta bu məsələyə görə qardaşı ilə arasında narazılıq var. Bir müddət əvvəl Rafael Cəbrayılovla borclu olduğu Təranə Fətəliyeva adlı şəxslə telefon danışığının səsyazısı yayılmışdı. Keçmiş deputat Təranə Fətəliyeva ilə telefon danışığında qardaşına himayədarlıq etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır. Yeni məlumatlarda bildirilir ki, Elşən Cəbrayılov hətta Rafael Cəbrayılovun villasını da ələ keçirmək istəyir. Yenisabah.az dünən məlumat yaymışdı ki, borclarını qaytarmaq üçün villasını satışa çıxaran keçmiş deputat artıq müştəri tapıb. Məlumatda qeyd edilirdi ki, onun qardaşının dostu da villanı almaq istəyir. Yeri gəlmişkən, villa Elşən Cəbrayılovun həmin dostunun adınadır. Lakin onun təklif etdiyi məğbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə digər müştəri ilə anlaşıb. Bu gün əldə etdiyimiz məlumatda deyilir ki, əslində villanı Elşən Cəbrayılovun dostu yox, onun özü almaq istəyir. Rafael Cəbrayılova təklif edilən məbləği də qardaşı müəyyənləşdirib. Keçmiş deputat bununla razılaşmadığına görə Elşən Cəbrayılov villanın dostunun adına olmasından istifadə edərək qardaşı ilə müştəri arasındakı anlaşmanı pozmağa çalışır. Geri qayıt |