Əsas Səhifə > Cəmiyyət, Manşet > Oqtay Şirəliyev dövlətin pulunu bu şirkətə yedirir
Oqtay Şirəliyev dövlətin pulunu bu şirkətə yedirir17-12-2019, 11:41 |
Azərbaycanda səhiyyə tenderlərində ən çox qalib gələn şirkət məlum olub. FED.az xəbər verir ki, "Arash Medical Company" MMC şirkəti bu il 22 milyon 126,3 min manat məbləğində 22 tender müqaviləsi bağlayıb. Şirkət tibbi və laboratoriya avadanlıqlarının təhcizatı, təmiri və başqa xidmətlərin görüməsi tenderlərinin qalibi olub. Şirkətin udduğu ən böyük tender Səhiyyə Nazirliyinin keçirdiyi “Bakı şəhərində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri” tenderi olub. Nazirlik bu tender üçün şirkətlə 3 milyon 502,9 min manat məbləğində müqavilə bağlayıb. "Arash Medical Company" MMC şirkətinin Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə bağladığı “Tibbi avadanlıqların təmiri işləri” tender müqaviləsinin məbləği 12 min manat olub. Bu - şirkətin 2019-cu ildə qazandığı ən kiçik tender olub. Geri qayıt |