Əsas Səhifə > Cəmiyyət, Manşet > Göygölün icra başçısı hara baxır ki?..
Göygölün icra başçısı hara baxır ki?..30-12-2019, 10:58 |
70 evlik bir obanın unudulmağı, oradakı ailələrin müraciətlərini qışın soyuğunda qapıda saxlamaq, yaxud bir əncam çəkməmək müəyyən qurumun, hansısa bölgədəki fəaliyyətsizliyidir. Əgər söhbət mavi yanacaqdan gedirsə, həmin strukturun adı dərhal məxfidən məluma çıxır. Əvvəlcə kənd haqqında məlumat verək. Qarabulaq Göygöl rayon ərazisinə daxildir və dağətəyi kənddir. XIX əsrin sonlarında Çar Rusiyasının köçürtmə siyasəti ilə bura erməni ailələr də yerləşdirilmişdi. Sonrakı əsr və illərdə ermənilər dığasov bolşeviklərlə birgə kəndin adını Martunaşen qoymuşdular. Tariximizin saxtalaşdırılması 1993-cü ilə kimi davam edib və həmin ildən kəndin adı Qarabulaqdır. Elə həmin ildən bəri kənd sakinlərinin qaz məsələsi həllini tapmır ki, tapmır. 70 ev olan kəndin sakinləri yazı, yayı necəsə ötüşdürürlər. Lakin payız, qış fəsillərində həyatda qalmaq üçün mübarizə aparırlar. Yaşamaq, soyuqdan donmamaq üçün kəndçilər məcburən meşələri təhlükə altına atır, ağac kəsməli olurlar. Bununla da həm təbiətə ziyan dəyir, həm də yeni arzuolunmaz xərclər - cərimələrə şərait yaranır. Olmazmı ki, dövlətin harasında olmağından asılı olmayaraq, həm insanların rahat yaşamı, həm də təbiətin mühafizəsi nəzərə alınsın?! Əlbəttə olar, sadəcə bəzi qurumlar xəritəmizin hər qarışın nəzərə almalıdır. Yoxsa özünü günəşə verib, qar altında qalanlara əl uzatmamaq azərbaycançılıq ideologiyasına ziddir ?! Dövlət başçımızın ardıcıl islahatları, xalqa diqqəti, aidiyyatı qurumlara verdiyi tapşırıqlar fonunda belə nöqsanlar, çatışmazlıqlar aradan qalxmalıdır. Çünki bu boşluqlar ölkəmizin inkişaf tempinə yaraşmır. Onu da deyək ki, Qarabulaq kəndinin sakinləri Kəlbəcər, Vedi və Dərələyəz rayonlarından olan qaçqın və məcburi köçkünlərdi. //icmal.az// Geri qayıt |