Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputat seçilsəm...

Deputat seçilsəm...


7-01-2020, 15:46
Deputat seçilsəm...
Əvvəllər demokratiyaya inanırdım. Yəni xalq seçərsə... İndi də inanram. Həqiqətən də: XALQ SEÇƏRSƏ...

Amma...

Bax, problem yaradan bu "amma"lardır...

"Amma"nı yaradan bir para köhnə mənşəlilər. Yeni təfəkkürə ayaq uydura bilmədiklərindəndir ki, bu gün də köhnə mahiyyətlərindən çıxış edərək insanlarn inam və ümidlərini birdəfəlik olaraq gömməyə çalışırlar.

ALINACAQMI?

Bunu 9 fevral tarixində biləcəyik.

Mən amma inanıram ki, dövlətim bu məmurcığazların əlində aciz deyil.

Onlarla dəfələrlə rastlaşmışam.

Hər halda həyatımn müəyyən hissəsindən xəbərdar olan Azərbaycan oxucusu yaxşı bilir ki, Məhəmməd Ərsoy hansı yollardan keçib. Eləcə də bu gün namizəd olduğum 47 saylı doğma Mingəçevir seçki dairəsində də yetərincə bilirlər ki, 2005-ci ildə mandat haqqı verdikləri bəndəniz əslində, hans şəkildə sözügedən məlum, əslində isə naməlum qüvvələrin hədəfindən necə yayınaraq 2 ilə yaxın mühacir həyatı yaşayıb.

Sonra isə bu adamlar mənim 24 illik jurnalistika haqqıma tüpürdülər... Haqqım çatan hüquqlarımı məhdudlaşdırdılar. Demirəm ki, mənə "Jurnalistlərin binası" adnı almış ünvandan ev verdilər və yaxud da mənim rəhbəri olduğum qəzeti sıxışdıraraq KİVDF adlı mücərrəd qurumun siyahısından kənarda buraxdılar. Bunları demirəm və deyinmirəm...

Dediym odur ki, bu dəfə haqqımı tapdayanlar lmayacaq.

Çünki onlar mənim təkcə jurnalist kimi yox, həm də seçiləcək bir vətəndaş olaraq haqqımı yemişdilər.

Onlar 47 saylı dairədən 2005-ci ildə Aydın Mirzəzadəni mənim 56 faizlik səsimin müqabilində qalib elan etmişdilər. İndidəmi onlar var?

Təbii ki, yoxdurlar...

Elə isə... QƏLƏBƏMİZ MÜBARƏK!!!

Məhəmməd ƏRSOY
dia-az.life-ın Baş redaktoru

Geri qayıt