Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > YAP-dan ATƏT-in Müşahidə Missiyasına cavab
YAP-dan ATƏT-in Müşahidə Missiyasına cavab9-01-2020, 11:39 |
Azərbaycanda keçirləcək növbədənkənar parlament seçkilərini müşahidə edən ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri Müşahidə Missiyası seçkiqabağı durumu tənqid edib. Belə ki, missiyanın rəhbəri İsveçdən olan diplomat Peter Tejlerin sözlərinə görə, Azərbaycanda hər seçkilərdən sonra ATƏT-in tövsiyələrinə əməl olunmayıb: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik. Buna cavabdeh Azərbaycan cəmiyyətidir. Deyə bilərəm ki, Azərbaycanda tövsiyələrə əməl olunmur”. P.Tejler deyib ki, seçkiqabağı mühitlə bağlı hesabat verilib və növbəti hesabat da yayılacaq: “Biz prosesi izləyirik və seçkilərdən sonra yekun hesabat dərc olunacaq”. YAP İcra katibinin müavini Siyavuş Növruzov isə Gununsesi.org-a açıqlamasında bildirib ki, Milli Məclisdə Müşahidə Missiyası ilə görüş zamanı hansısa tənqidi fikir eşitməyib: “Onlar ümumi danışır. Konkret faktlar yoxdur. Azərbaycan ATƏT-nin bu qurumu ilə əməkdaşlıq edir. Ancaq ötən illər göstərib ki, ATƏT-in seçki hesabatları qərəzli yazılıb. Orada seçkiyə aid iki ya üç abzas olur. Qalan tənqidlərdir. Bir çox ölkələrdə ATƏT-i seçkiyə buraxmırlar. Onların nə deməsindən asılı olmayraq, biz azad seçkimizi keçiririk. Xalq hakimiyyətin ikinci qolunu formalşdırır. Bunun üçün hər bir siyasi qüvvəyə yaşıl işıqdır. Bizə maraqlı deyil ki, kim boykot edir, kim nə danışır. Biz işimizi görürük. Bilirik ki, onların hesabatları əvvəldən yazılır”. Avropa Parlamentinin seçkiləri müşahidədən imtina etməsinə gəlincə, Siyavuş Növruzov deyib ki, bu, Azərbaycanda seçkiyə kölgə salmayacaq: “Biz seçkini keçirik. Müşahidə üçün qapılarımızı açmışıq. Kim gəlirsə, xoş gəlir. Gəlməyən də özü bilər. Bundan narahat deyilik”. Geri qayıt |