Əsas Səhifə > Cəmiyyət, Manşet > Özü zamanında deputat idi, indi də deputat seçdirir...

Özü zamanında deputat idi, indi də deputat seçdirir...


29-01-2020, 10:31
Özü zamanında deputat idi, indi də deputat seçdirir...
DİA.AZ: - Keçən ili sonlarına yaxın Hacıqabul rayonuna icra başçısı təyin olunan Rüstəm Xəlilov indi də yeni ampluada görünməyə başlayıb. Hər halda icra başçısı olana qədər deputat kimi fəaliyyət göstərən Rüstəm Xəlilovun seçi prosesindən yetərincə anlayışı var ki, bu məqam da onun işinə əməlli-başlı "yaramaqdadır". Bu barədə DİA.AZ-a Hacıqabuldakı mənbələr informasiya verib.

"Rüstəm Xəlilov heç kimdən çəkinmədən açıq şəkildə seçkilərə müdaxilə edir. Belə ki, o, idarə və təşkilatların işçilərini toplayaraq onlara "kimə deyəcəyiksə, ona da səs verəcəksiniz" kimi təlimat verib" deyən məlumatlı mənbənin dia-az.life-a verdiyi xəbərdə o da qeyd olunur ki, Rüstəm Xəlilov tabeçiliyində olan işçilərin hansısa digər namizədin təbliğatında iştirakını da "diqqətdə saxlayacağını" bildirməklə onları rəsmən hədələməklə məşğuldur. dia-az.life-a yazılanlarda deyilir: "Bu yolla işçiləri qorxu içində saxlayır ki, guya seçkidən sonra onları işdən çıxaracaq".

Xatırladaq ki, Prezident İlham Əliyev konkret olaraq parlament seçkiləri ilə bağlı məhz xalqın etimad göstərdiyi şəxslərin Milli Məclisə seçilə biləcəyini net şəkildə vurğulayıb. Bununla yanaşı son proseslərdən belə aydın olur ki, bu seçkilərdə saxtakarlıqda iştirak payı olan istənilən məmura qarşı sərt cəza tədbirləri tətbiq oluna bilər.

İndi həmin məmurların srasında Hacıqabulun yeni başçısı olan, sabiq deputat Rüstəm Xəlilovun da adının olub-olmayacağı bəlli deyil. Amma görünəni odur ki, Rüstəm Xəlilov bu templə davam edərsə, barəsində qərar çıxarılanlar sırasında adını rahatlıqla görə biləcək...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt