Əsas Səhifə > Cəmiyyət, Manşet > "Beynəlxalq Bank"- a pul köçür, 1 həftə ac qal

"Beynəlxalq Bank"- a pul köçür, 1 həftə ac qal


11-04-2020, 12:43
"Beynəlxalq Bank"- a pul köçür, 1 həftə ac qal
Ölkənin bank sektorunda uzun illərdir fəaliyyət göstərən və həmişə də ciddi qalmaqallar, milyonluq yeyinti faktları ilə yadda qalan "Beynəlxalq Bank" yenə öz ampulasındadır. Daha doğrusu, bank rəhbərliyinin sistemsiz və vətəndaşlara laqeyd münasibəti hələ də davam edir.

Belə ki, koronavirus pandemiyasının yayılmasının azaldılması üçün edilən tövsiyyələrdən biri də, vətəndaşların puldan az istifadə etməsidir ki, bu zaman əsas iş bankların öhdəsinə düşür. Daha doğrusu, vətəndaş puldan az istifadə etmək üçün pulunu karta qoymalıdır.

Elə isə diqqət edin! Vətəndaş pulunu E-manat vasitəsilə "Beynəlxalq Bank"dakı kart hesabına qoydusa sözün əsl mənasında ac qaldı. Çünki, bu bank pulları kart hesabına köçürməkdə əməlli başlı oyun oynayır.

Bizimxeber.az-a daxil olan şikayətdə qeyd olunur ki, vətəndaş koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin tövsiyyəsinə uyğun olaraq 09.03.2020-ci il tarixində pulu "Beynəlxalq Bank"da olan kart hesabına qoyub. E-manat pulu dərhal bakna köçürmə etsə də, "Beynəlxalq Bank" hələ də vətəndaşın kartına yönləndirmir. İşin ən qəribə tərəfi budur ki, sözügedən bank həftənin şənbə-bazar günləri də işləmədiyi üçün pul gələn həftənin 1-ci günü kart hesabına yönəldiləcək.

İndi təsəvvür edirsinizmi ki, bu bank necə işləyir? Pandemiyanın tüğyan etdiyi, insanların işsiz qalıdığı bir zamanda "Beynəlxalq Bank" nə etmək istəyir? Bu pulların bankda 3-4 gün saxlanması nə deməkdir? "Beynəlxalq Bank" vətəndaşların pullarından faizmi qazanır, yoxsa insanlara zülm verməkdən həzz alır?

Bizimxeber.az olaraq "Beynəlxalq Bank"-ın mövqeyini öyrənə bilmədik. Ümid edirik ki, bank rəhbərliyi bu vəziyyətdə öz qarnından daha çox vətəndaşları da düşünəcək.

Geri qayıt