Əsas Səhifə > Cəmiyyət, Manşet > “Mən də 3 milyonu Çovdarova halal edirəm”

“Mən də 3 milyonu Çovdarova halal edirəm”


23-04-2020, 12:36
“Mən də 3 milyonu Çovdarova halal edirəm”
“Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib.
T.Əhmədov Unikal.org-un əməkdaşının “Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?” sualına sensasion cavab verib: “Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”.

Geri qayıt