Əsas Səhifə > Cəmiyyət, Manşet > Yardımlı və Samuxda talançılar əyləşib
Yardımlı və Samuxda talançılar əyləşib18-08-2020, 11:04 |
İcra başçılarının “yarpaq tökümü” davam edəcək. Urvatsız şəkildə vəzifəsindən uzaqlaşdırılanların ardınca digərlərinin tərbiyələnmək kimi meyli hiss olunmadığı üçün, bu “xəmirin” hələ çox su aparacağı istisna deyil. DİA.AZ bildirir ki, bu arada müzakirə mövzularından biri də həbs olunan məmurların üzə çıxan sərvətləridir. Təbii ki, bu varidat dövlətin və vətəndaşın pulunun mənimsənilməsi hesabına toplanıb. Belə olan halda vəzifəli şəxslərin pul və əmlakına nəzarət məsələsi yenidən aktuallaşır. Bəzi ölkələrdə (Gürcüstan, Moldova) dövlətin etibar etdiyi kreslo sahibləri öz mal-mülkləri barədə könüllü bəyannamə verirlər. Əlbəttə ki, varidatla bağlı saxta məlumatların yayılmasının da bir başqa cəzası var. Digər bir məqam da odur ki, vəzifəli şəxslərin üzərində daim dövlət və ictimai nəzarət olur ki, onlar “pis yola” düşməkdən çəkinsinlər. DİA.AZ-a daxil olan son məlumatlardan belə aydın olur ki, hələ də icra başçılarından bəziləri nə verilən dərslərdən nəticə çıxarırlar, nə də yollarından dönmək barədə düşünürlər. Mənbə konkret adları da çəkib: "Məsələn, hazırda Yardımlıya rəhbərlik edən Ayaz Əsgərov bu qəbildən olan məmurlardandır. Onun hansı çevrəyə aid olduğunu xatırlamaq yetərlidir ki, bu gün əlindəki sərvəti - o sərvəti ki, məhz büdcə pullarının oğurlanması hesabına formalaşıb - həmin sərvəti təxmin etmək o qədər də çətin deyil. Samuxun icra başçısı Alı Qocayev də eyni şəkildə şübhəli qaynaqlar hesabına əlində külli miqdarda varidatı cəmləşdirib. Onların hədəfə çevriləcəkləri gün də uzaqda deyil". dia-az.life-a danışan mənbə əlavə edərək bildirib ki, yaxın günlərdə hər iki rayonla bağlı vahid bir qərar verilə bilər: "Buna az qalıb, tədarük aşkar şəkildə hiss olunur". Geri qayıt |