Əsas Səhifə > Cəmiyyət, Manşet > Daha bir nazirlikdə təmizləmələr başladı...
Daha bir nazirlikdə təmizləmələr başladı...13-05-2020, 11:26 |
Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi Azad Salamov vəzifəsindən uzaqlaşdırılıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki, Salamov vəzifədə olduğu müddətdə xeyli sayda peşəkar hərbçinin işdən uzaqlaşdırılmasına nail olub və bu da onunla bağlı narazılıqların yaranmasına səbəb olub: “2015-ci ilin sentyabrında Müdafiə Nazirinin Maddi Texniki Təminat üzrə müavini, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi dəyişdirildikdən 3-4 gün sonra orada Azad Salamov adlı bir polkovnik-leytenant peyda oldu və 3 ay sonra yenidən müəmmalı şəkildə yoxa çıxdı”. “2016-cı ilin yanvar ayı olmasına baxmayaraq, işini 1 ay geriyə, 2015-ci ilin dekabrına sənədləşdirib. Həmin sənədi də Fuad Məmmədov imzalatdırıb. Məlum oldu ki, bu, pensiya almaq üçün bu işə gətirilib və bundan sonra ehtiyatda olan hərbi qulluqçu kimi 500 AZN pensiya alıb”, – deyə məlumatda bildirilir. Həmçinin cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə olunan məlumata görə, Azad Salamov vəzifədə olduğu dövrdə 5 polkovnik olmaqla bir çox rütbəli zabitlərin ordudan uzaqlaşdırılmasına nail olub: “O gündən 2020-ci ilin aprelin 30-dək silahlı qüvvələrdə illərlə yetişdirilmiş, peşəkarlamış polkovnik-leytenant, polkovnik, mayor və digər rütbəli zabitlər onun əli ilə Fuad Məmmədov tərəfindən ordudan uzaqlaşdırılıb. Təkcə 2018-2019-cu illərdə 5 polkovnik və bir neçə zabit işdən çıxarılıb. Tərxis olunan zabitlərin yerinə isə Fuad Məmmədovun təqdimatı ilə qeyri-peşəkar hərbçilər cəlb edilib”. “Azad Salamovun xidmət dövründə özünün rütbəsi iki dəfə alınıb. Amma kimlərsə himayə edib yüksək “post”a qaldırıblar. Bu adama xidməti maşın da verilib, amma bir çox hallarda həmin avtomobil özfəaliyyət məqsədilə istifadə edilib”, – məlumatda qeyd olunur. Yerli mediada yayılan məlumata görə, yalnız Prezidentin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev və nazir Zakir Həsənovun məsələyə müdaxiləsindən sonra Salamovu işdən uzaqlaşdırmaq mümkün olub. Eyni zamanda mediada A.Salamov nazir müavini Fuad Məmmədov tərəfindən önə çəkilib. Belə ki, Azad Salamov dövlətdən yüksək pensiya almasına baxmayaraq (müəyyən hissəsi saxta sənədlərlə artırılmış) general Fuad Məmmədov onu zabit vəzifəsində mülki şəxs kimi oturtmuşdur. Halbuki bu sərəncama imza atan nazir müavini Fuad Məmmədov özü də illər öncə zəif xarakterli və xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq almış, buna görə hətta iki dəfə rütbəsi də alınmışdır. Yeri gəlmişkən, cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə olunan məlumata görə, Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovun keçmişi və indiki fəaliyyəti ilə bağlı dəhşətli faktlar olduğu bildirilir və deyilir ki, “onun Hərbi Hava Qüvvələrində çalışdığı müddətdə əldə etdiyi «uğurlar»ın nələrin sayəsində başa gəldiyini cəmiyyətə açıqlasaq, gərək bu şəxs ərizəsini yazaraq tərxis olunsun”. Bu məqamlarla bağlı dəqiqləşdirmələr etdikdən sonra məlumatları dərc edəcəyik. Amma müharibə şəraitində olan ölkənin Müdafiə Nazirliyinin strateji postunda oturan şəxsin özəl keyfiyyətləri ilə bağlı da yerli mediada ilginc iddialar var. Kifayət qədər ciddi ittihamlar olduğundan bu iddiaları tam açıqlamadan cumhuriyyet.az olaraq müəyyən nüəanslara toxunuruq: – Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 50, mənzil 47 ünvanında qeydiyyatda olmaqla yaşayan xanım niyə polisə verilib?; – Badamdarda 100 minlik dəyəri olan torpaq sahəsi hansı pulla və necə alınıb?; – 03 noyabr 2015-ci il tarixində ərimlə mənim aramda olan əmlak tələbinə dair mülki işin məhkəmə baxışından çıxdığım zaman Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının qarşısındakı qalmaqalın səbəbi nədir?; – Gəncədə “xidmət edib” Bakıda dolaşan Vaqiv adlı “papanın gül balası” kimdir?; – Gürcüstandakı təyyarə zavodu və onun Şaloviç adlı direktoru necə “mülayimləşib”? Məsələ ilə bağlı əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, daha sonra general Fuad Məmmədov ilə əlaqə saxlamaq mümkün olmayıb. Geri qayıt |