Əsas Səhifə > Cəmiyyət, Manşet > “Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”

“Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”


19-06-2020, 10:28
“Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”
Beyləqan rayon sakini Əliyev Azər Müzəffər oğlu “Parabokt”dan şikayətçidir.

O bununla bağlı “Qafqazinfo”ya müraciətində bildirib ki, 2014-cü ildə həmin bankdan 44 600 dollar, yəni təxminən 35 min manat məbləğində kredit götürüb: “Mən krediti dollarla yox, manatla götürmək istəyirdim. Ancaq bank buna razılıq vermədi. 3 ay krediti ödəyə bildim. Sonra devalvasiya oldu. Dollar 1.05 olan zaman mən xalaoğlumun və bibimqızının adına həmin bankdan Sahibkarlığa İnkişafına Dəstək Fondunun xəttiylə kredit götürdüm. Birlikdə 30 min manat krediti öz borcuma yönəltdim. Nəticədə 14 539 dollar borcum qaldı.

Daha sonra dollar 1.55-ə qalxanda dedim ki, bu borcu manata çevirim, elə ödəyim. Bankdan mənə dedilər ki, borcun 50 faizini ödəsəm, bunu edə bilərlər. Daha sonra dollar 1.70 oldu. Borcu ödəyə bilmədik. O vaxt aldığım maaşla krediti ödəyə bilirdim. Sonra isə maaş çatmadı. Kreditimin ödənilməyən məbləği problemli kreditlərin əhatə dairəsinə düşməyib. Yalnız Fondun dəstəyi ilə götürdüyüm kreditin birinə güzəşt tətbiq edilib.

2019-cu ilin noyabrında Beyləqan Rayon Məhkəməsi bizim xəbərimiz olmadan yaşadığım evdən çıxarılmağımla bağlı qətnamə qəbul edib. Mənim qardaşım Əliyev Aqil Müzəffər oğlu 2001-ci ildə Ağdamda cəbhədə şəhid olub. O, bu evdə böyüyüb. İndi də mən anamla və ailəmlə birgə bu evdə yaşayırıq. Bizi isə bank evimizdən çıxarmaq istəyir. Heç bir şəkildə kreditlə bağlı bizə güzəşt etmirlər. Hazırda borc 80 min manata yaxındır. Onsuz da mən borcumun xeyli hissəsini ödəyib bitirmişəm. Dollara görə yaranmış əlavə borc və faizlər yığılıb qalıb”.

“Qafqazinfo” məsələ ilə bağlı “Parabokt”la əlaqə saxlayıb. Bank sözügedən şikayətlə bağlı açıqlama vermək istəməyib.

“Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”
“Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”
“Şəhid ailəsiyik, bank isə güzəşt etməyərək bizi evimizdən çıxarır”


Geri qayıt