Əsas Səhifə > Cəmiyyət, Manşet > "Ata Bank"ı batıranlar "Ata Sığorta"ya keçdi

"Ata Bank"ı batıranlar "Ata Sığorta"ya keçdi


14-07-2020, 11:51
"Ata Bank"ı batıranlar "Ata Sığorta"ya keçdi
"Ata Sığorta" ASC-nin Direktorlar Şurasında dəyişikliklər davam etməkdədir.

Şirkətin Direktorlar Şurasında Fərid Zakir oğlu Hüseynov üzvlükdən kənarlaşdırılıb. Onun yerinə lisenziyası apreldə geri çağırılan "Ata Bank" ASC-nin sabiq sədr müavini Ağakərim Məlik-Aslanov təyin edilib. A.Məlik-Aslanov 2019-cu ildə bu adıçəkilən banka sədr müavini təyin olunmuşdu. Onun Azərbaycan Mərkəzi Bankının sədr müşaviri olan Abdula Məlik-Aslanovun yaxın qohumu da olduğu bildirilir.

"Ata Bank"ı batıranlar "Ata Sığorta"ya keçdi

Bundan başqa, həmin bankda İdarə Heyətinin sədri işləmiş Dəyanət Quliyev "Ata Sığorta"nın Direktorlar Şurasına sədrilik edəcək. Dəyanət Quliyev sabir vergilər naziri Fazil Məmmədovun bacısı oğludur.

Sirr deyil ki, "Ata Holdinq" sabiq nazirin biznes imperiyasına daxildir. Beləliklə, "Ata Holdinq" artıq sığorta biznesinə nəzarəti vaxtilə bankı idarə edəcək şəxslərə tapşırmalı olub.

Qeyd etməliyik ki, “Ata Sığorta”nın artıq ali kollegial idarə orqanında bu il üçün artıq ikinci dəyişiklikdir. Bundan öncə Azərbaycan şirkəti “AzMont Investment”in Monteneqroadkı bankı “Nova Banka Podgorica” SC-nin satışından sonra, bu bankın Direktorlar Şurasından Rəşad Rəsullu və Rəşad Əliyevi üzvlükdən kənarlaşdırmışdılar. Bu kənarlaşmadan sonra bu şirkətə yaxın olan “Ata Sığorta”nın da eyni vəzifədə olan Rəsullu və Əliyev də vəzifədən kənarlaşdırıldı.

Bundan əlavə, “Ata Sığorta”nın bütün bu dəyişiklərə baxmayaraq, İdarə Heyətində hər hansı bir dinamika müşahidə edilmir. Görünür, hazırda şirkətin idarə olunması səhmdarın ürəyincədir.
//İndex.az//
Geri qayıt