Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > "Bazarstore"da müştəriləri aldadırlar...
"Bazarstore"da müştəriləri aldadırlar...16-07-2020, 15:24 |
DİA.AZ: - Ölkənin ən iri supermarketlər şəbəkəsindən biri olan "Bazarstore" ilə bağlı şikayətlər də artmaqdadır. Belə ki, DİA.AZ-a daxil olan vətəndaş müraciətlərindən belə aydın olur ki, sözügedən marketlər şəbəkəsi az qala günün hər saatında qiymətlərini hiss olunmayacaq dərəcədə qaldırmaqdadır. Narazı paytaxt sakini Əliyev Səbuhi dia-az.life-a yazır: "Mən hər zaman "Bazarstore"dən alış-veriş edirdim. Amma son vaxtlar bu marketdən alver etmirəm. Səbəbi çox sadədir. Çünki hər həftəsonu təxminən eyni məhsulları alsam da, hər dəfəsində ümumi toplam olaraq 150-100 manatlıq bazarlıqda 6-7 manatlıq bahalanmanı hiss edirəm. Son bir ayda bunu müşahidə edirəm və buna görə də artıq "Bazarstore"dan alver etməyi dayandırmışam". dia-az.life bildirir ki, "Bazarstore"dən bir başqa şikayət isə "Facebook" sosial şəbəkəsində "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşılıb. Narazı vətəndaş Polad Məmmədov bildirir ki, bu marketlər şəbəkəsində kolbasa məhsulunun üzərindəki hazır qiymətlər əslində reallığı əks etdirmir. Vətəndaş iddia edir ki, hər dəfə piştaxtada təqdim olunan qiyməti yoxladıqda, yəni kolbasanı təkrar qiymətləndirdikdə 1 manat artıq pulun alındığının şahidi olub. Vətəndaş bununla bağlı digər müştəriləri də ayıq olmağa səsləyib. dia-az.life olaraq hər iki məqamla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |