Əsas Səhifə > Cəmiyyət, Manşet > Səfər Mehdiyevin gömrük hesabatlarında yaratdığı "sabun köpüyü"...

Səfər Mehdiyevin gömrük hesabatlarında yaratdığı "sabun köpüyü"...


20-07-2020, 11:49
Səfər Mehdiyevin gömrük hesabatlarında yaratdığı "sabun köpüyü"...
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin strukturlarında total yoxlamalar gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, DGK tərəfindən son olaraq açıqlanan rəqəqmlərin büdcə gəlirləri baxımından qənaətbəxş olmasına rəğmən kifayət qədər şübhə ilə qarşılanması, habelə büdcəyə ödənilən vəsaitlərin şişirdilmiş olması ilə bağlı ayrı-ayrı ciddi dairələr tərəfindən ittihamların səsələnməs nəhayətdə maliyyə qurumları tərəfindən gömrük qurumlarının total təftişini zərurətə çevirib.

Mənbənin dia-az.life-a söylədikləri: "Yaxın günlərdə belə bir addıma start veriləcək. Səfər Mehdiyevin gömrük hesabatlarında yaratdığı "sabun köpüyü" nəhayətdə partlayacaq. Bunun fəsadları ağır ola bilər. "Yuxarılar" yaxşı anlayır ki, şişirdilmiş rəqəmlər hətta "kənar qaynaqlar" hesabına özünü doğrultmuş olsa belə, reallığı ehtiva etmədəyindən bunun hökumət üçün bədəli ağır ola bilər. Səfər Mehdiyevin büdcə ödənişləri ilə bağlı müəyyən maxinasiyalara yol açdığı şübhəsi böyük olduğundan təftiş qərarı verilib və bu icra olunacaq".

Qeyd edək ki, DGK adından büdcəyə ödnəişlərin süni şəkildə şişirdilməsi şübhəsi var və bu məsələyə ölkənin nüfuzlu iqtisadçıları da reaksiya veriblər.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt