Əsas Səhifə > Cəmiyyət, Manşet > Tağı İbrahimovun şirkətinin özbaşınalıqları
Tağı İbrahimovun şirkətinin özbaşınalıqları21-08-2020, 12:03 |
Bakı şəhər, Nərimanov rayon sakinləri “Nehrəm” MTK-nın özbaşınalıqlarından şikayətçidirlər. Sakinlərin Unikal.org-a verdiyi məlumata görə, sözügedən MTK-nın Nərimanov rayonu, Həsən Əliyev 33, Məhəllə 945-də inşa etdirdiyi yeni və köhnə çoxmərtəbəli yaşayış binaları arasında ara məsafəsi qorunmur, həmçinin yeni binanın tikintisində təhlükəsizlik qaydalarına əməl olunmur. Sakinlərə satılan binadakı mənzillərin çıxarışı sahiblərinə verilmir. Əhalinin “Nehrəm” MTK-ya verdiyi kommunal ödənişlər isə aidiyyatı dövlət qurumlarına ödənilmir. Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi "ATV" televiziyasının sabiq prezidenti Tağı İbrahimovdur. Geri qayıt |