Əsas Səhifə > Cəmiyyət, Manşet > Masallı sakinləri şikayət etməkdən yoruldular...

Masallı sakinləri şikayət etməkdən yoruldular...


28-08-2020, 12:19
Masallı sakinləri şikayət etməkdən yoruldular...
DİA.AZ: - Masallı rayonu Isgəndərli kəndi H.Aslanov küçəsində yaşayan bir qrup kənd ziylalısı tərəfindən Prezident Ilham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident, Biz Masallı rayonunun Isgəndərli kəndi H.Aslanov küçəsində yaşayırıq. Artıq 3-cü dəfədir ki Sizə müraciət edirik. Masallı rayonunun Isgəndərli kəndi H.Aslanov küçəsinin sakinlərini dinləyən yoxdur. Yollarımız bərbad vəziyyətdədir, qarşıdan da qış ayları gəlir... Gəlib maraqlanan yoxdur. Biz də bu ölkənin sakinləri deyilikmi?

Neçə illərdir ki, yollarımız xaraba günüdədir. Rayonun yerli icra orqanları bir dəfə də olsun yollarımızla maraqlanmayıb. Biz kənd sakinləri nə edək axi? Kimə müraciət edək?

Cənab Prezident, Siz əhalinin sosial rifahının yaxşılaşdırılmasından ötrü hər il göstəriş verirsiniz. Amma yerli Icra Hakimiyyəti bizim problemlərimizə baxmir. Masallı rayonunun Isgendərli kəndi H.Aslanov küçəsinin yollarına asfalt döşənməsindən ötrü gösteriş verməyinizi xahiş edirik".

Geri qayıt