Əsas Səhifə > Cəmiyyət, Manşet > “Azəriqaz” İB Anbar Təsərrüfatının işçiləri nədən narazılıq edir?
“Azəriqaz” İB Anbar Təsərrüfatının işçiləri nədən narazılıq edir?4-09-2020, 11:11 |
Ruslan Əliyevin “Azəriqaz”İstehsalat Birliyinə rəis təyin olunmasının bir ili bu yaxınlarda tamam olacaq. Bu müddət ərzində gənc kadr,köhnə müavin,yeni rəis nə kimi işlər görə bilib,sistemə nə kimi yeniliklər gətirə bilib?Qeyd edək ki, Ruslan Əliyevin Birlikdə bir neçə il öncə yaradılmış departamentləri yenidən birləşdirmək yolu ilə struktur islahatları aparması barədə artıq yazmışıq.Ayrı-ayrı qurumlarda rüşvət və mənimsəmə hallarına yol verdiklərinə görə barələrində qanuni ölçü götürülmüş bir sıra şəxslərin bu gün “Azəriqaz”İB-in idarəetmə sistemində yer aldığını da vaxtı ilə gündəmə gətirmişik.Qurumda işə təyin olunmuş rəhbər vəzifəlilərin idarəetmədə yol verdiyi ciddi nöqsanlar mövzusuna da vaxtı ilə toxunmuşuq.İndi isə redaksiyamıza daxil olmuş məlumatlar əvvəlkilərdən xeyli fərqlidir. Aktualinfo.org-a verilən son məlumatlar da burada idarəetmənin bərbad olduğunu bir daha təsdiq edir.Belə kii,əldə etdiyimiz məlumatlarda SOCAR “Azəriqaz”İstehsalat Birliyinin Anbar Təsərrüfatında qeyri-normal ab-hava hökm sürdüyü bildirilir. Məlumatlara görə Anbar Təsərrüfatınım müdiri Səməd Osmanovun yarıtmaz fəaliyyəti ilə bağlı rəhbərliyə dəfələrlə şikayət olunmasına baxmayaraq haqqında heç bir tədbir görülmür.Səməd Osmanovun yarıtmaz idarəetməsi səbəbindən işçilərin artıq bezdiyi bildirilir.Belə ki,məlumatlarda Səməd Osmanov Anbar Təsəsrrüfatında özünə yaxın olan işçiləri üstün tutduğu qeyd edilir.Səməd Osmanovun yarıtmaz idarəetməsi nəticəsində idarədə işçilər arasında söyüş və dalaşmaq kimi pis vərdişlərin son həddə çatdığı söylənilir.Qeyd edilir ki.Səməd Osmanovun bir rəhbər kimi idarəetmə qabiliyyəti olmadığından işçilər artıq cana yığılıblar.Hətta Səməd Osmanovun özünün gözü qarşısında idarədə dava-dalaş olur və söyüş söyülür.Səməd Osmanov tədbir görmək əvəzinə qaçıb girir otağına. Məlumatlarda həmçinin bildirilir ki,Səməd Osmanovun xəbəri ola-ola idarənin Təchizat Şöbəsinin rəisi Vüqar adlı şəxs bizim bildiyimiz,lakin açıqlamaq istəmədiyimiz alüdə olduğu vərdişlə işə belə gəlir,inzibati binada işçilərə qarşı söyüş və təhqirlər yağdırır.Onun SOCAR-ın ayrı-ayrı idarələrində məhz bu pis vərdişlərə görə işdən çıxarıldığı,amma sonda “Azəriqaz”İstehsalat Birliyinin Anbar Təsərrüfatında işə götürüldüyü bildirilir. Məlumatlarda daha sonra bildirilir ki,Səməd Osmanovun yarıtmaz idarəetməsi ucbatından idarəyə dəfələrlə maddi ziyan dəyib,oğurluqlar olub və hələ də davam edir.Səməd Osmanovun işçılər arasında ayrıseçkilik edərək özünə yaxın olan,ancaq iş bacarığı aşağı olan işçilərə əlavə ödənişlər və mükafatlar yazması və həmin işçilərin işdən tez-tez çıxmalarına şərait yaratması barədə də məlumatlar var.Lakin bütün bunlara baxmayaraq,Səməd Osmanovun bu kiimi yarıtmaz əməlləri haqqında məlumatı olan “Azəriqaz”İstehsalat Birliyinin sosial məsələlər üzrə rəis müavini Şəfiq Nemətov onu daim müdafiə edir? Qeyd olunur ki,Şəfiq Nemətov Səməd Osmanov kimi qeyri peşəkar,iş yarıtmaz kadrdan qeyri-qanuni tapşırıqların icra olunması və sair bu kimi işləri həyata keçirmək üçün istifadə edir. Məlumatlarda bildirilir ki,Şəfiq Nemətova yaxın olan adamlardan alınan keyfiyyətsiz mal-material Səməd Osmanovun vasitəçiliyi ilə anbar təsərrüfatına qəbul olunur. Redaksiyamıza verilən məlumatlara görə Anbar Təsərrüfatının işçiləri bu barədə “Azəriqaz”İstehsalat Birliyinin rəisi Ruslan Əliyevə də müraciət ediblər.Onlar ərizələrində xüsusilə qeyd ediblər ki,bu insanlar pis əməlləri ilə sizin işinizə ləkə gətirir.İdarədə əxlaqsızlığın baş alıb getdiyini rəisin diqqətinə çatdıran işçilər artıq bezdiklərini də ifadə ediblər. Qeyd ediblər ki,bu idarədə hər evdən kiminsə anası,bacısı gəlir işə.Buna görə də işçilər təcili olaraq bu kimi ünsürlər barədə Ruslan Əliyevdən tədbir görməsini tələb ediblər. Həmçinin də Səməd Osmanov, Şəfiq Nemətov və Anbar Təsərrüfatında olan bir neçə nəfərin sözügedən idarəyə həm maddi,həm də mənəvi ziyan vurduqlarını Birlik rəisinin diqqətinə çatdırıblar. Məlumatlarda Anbar Təsərrüfatının işçiləri Ruslan Əliyevdən idarədə araşdırılma aparılmasını tələb ediblər.Qeyd ediblər ki,Səməd Osmanov və Şəfiq Nemətov birliyinin çox gizli nöqsanları üzə çıxacaq. Aktualinfo.org-un başqa mənbələrdən əldə etdiyi məlumatlara görə Anbar Təsərrüfatının müdiri Səməd Osmanov da bundan əvvəlki işində yol verdiyi mənimsəmə və ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.Lakin çox keçmədən sözügedən vəzifəyə gətirilib.Qeyd edək ki,”Azəriqaz”İstehsalat Birliyinin Anbar Təsərrüfatı heç də balaca bir yer deyil.Birliyin respublika üzrə bütün idarələrini mal materiallarla məhz Anbar Təsərrüfatı təchiz edir.Belə bir idarədə bu kimi halların baş verməsi isə sadəcə təəssüf və təəccüb doğurur. Qeyd edək ki,mövzü ətrafında araşdırmalarımızı davam etdiririk və yaxın günlərdə daha ətraflı məlumatlar verəcəyik. Aktualinfo.org Geri qayıt |